Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ildə “Formula-1” üzrə dünya çempionu Lando Norris BBC-nin nüfuzlu “İlin idman şəxsiyyəti” (Sports Personality of the Year) mükafatında üçüncü yeri tutub.
İdman.Biz-in məlumatına görə, Şimali irlandiyalı qolfçu Rori Makilroy səsvermədə qalib gəlib, reqbiçi Elli Kildann isə ikinci yeri tutub.
Norris, hazırkı dart üzrə dünya çempionu Luk Littler kimi, Salfordda keçirilən mükafatlandırma mərasimində iştirak edə bilməyib. “F1” çempionu tədbirə videobağlantı yolu ilə qatılıb.
“Hamınıza salam, axşamınız xeyir. Bağışlayın ki, bu gün sizinlə birlikdə ola bilmirəm. Hazırda kiçik bir fasilədən zövq alıram. Bu, mənim üçün çox xoş bir il oldu”, - deyə Norris tədbir iştirakçılarına müraciətində bildirib.
Bundan əvvəl britaniyalı pilot tədbirə canlı surətdə qatılmamasını Əbu-Dabidə qazandığı ilk dünya çempionu titulunu qeyd etmək üçün davam edən xizək tətili ilə əlaqələndirmişdi.
2024-cü il kateqoriyasında ikinci yeri tutan Luk Littler də əvvəlcədən mərasimdə iştirak etməyəcəyini açıqlamışdı. Çünki özünü favorit hesab etmir və dünya çempionu titulunu qorumağa diqqət yetirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 19 Dekabr 2025 05:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















