Icma.az
close
up
RU
Azərbaycan və Şimali Makedoniya arasında yeni fürsətlər

Azərbaycan və Şimali Makedoniya arasında yeni fürsətlər

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və Şimali Makedoniya arasındakı rəsmi əlaqələr son illərdə diqqətəlayiq şəkildə inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidentinin rəsmi səfərləri, iki ölkə arasında müxtəlif sahələrdəki əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar açıb. Prezident İlham Əliyevin mətbuat bəyanatında vurğuladığı kimi, siyasi dialoq artıq dinamik xarakter alıb, amma daha böyük irəliləyişlər üçün hələ də bir sıra çətinliklər mövcuddur. Azərbaycan və Şimali Makedoniya arasındakı rəsmi əlaqələr son illərdə diqqətəlayiq şəkildə inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidentinin rəsmi səfərləri, iki ölkə arasında müxtəlif sahələrdəki əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar açıb. Prezident İlham Əliyevin mətbuat bəyanatında vurğuladığı kimi, siyasi dialoq artıq dinamik xarakter alıb, amma daha böyük irəliləyişlər üçün hələ də bir sıra çətinliklər mövcuddur. Siyasi əlaqələrdən başqa, iqtisadi əməkdaşlığın da genişlənməsi məqsədilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları araşdırılmalıdır. Xüsusilə enerji sahəsindəki əməkdaşlıq son dövrlərdə ciddi irəliləyişlər göstərib. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatır və bu əməkdaşlıq növbəti illərdə artırıla bilər. Bu, Şimali Makedoniyanın enerji təhlükəsizliyini gücləndirmək və iqtisadiyyatını daha da möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin dediyi kimi: “Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”. Bununla yanaşı, iki ölkənin əməkdaşlığı mədəni və humanitar sahələrdə də genişlənə bilər. Azərbaycanın mədəniyyət və təhsil sahəsindəki təcrübəsi, Şimali Makedoniyada müxtəlif təhsil proqramları və mədəni tədbirlərin həyata keçirilməsinə imkan verə bilər. Bu, xalqların daha yaxından tanış olması və dostluq əlaqələrinin güclənməsi baxımından əhəmiyyətlidir. Gələcəkdə iqtisadi və enerji sahəsində daha sıx əməkdaşlıq baş tutsa da, hər iki ölkənin arasında olan ticari-iqtisadi boşluğun aradan qaldırılması üçün daha çox səy göstərilməlidir. Ancaq hər iki ölkənin hədəfləri bir-birini tamamladığından, qarşılıqlı faydalı əməkdaşlıq perspektivi çox ümidvericidir. Cənab Prezident bu barədə də qeyd etdi: "Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm”. Siyasi əlaqələrdən başqa, iqtisadi əməkdaşlığın da genişlənməsi məqsədilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları araşdırılmalıdır. Xüsusilə enerji sahəsindəki əməkdaşlıq son dövrlərdə ciddi irəliləyişlər göstərib. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatır və bu əməkdaşlıq növbəti illərdə artırıla bilər. Bu, Şimali Makedoniyanın enerji təhlükəsizliyini gücləndirmək və iqtisadiyyatını daha da möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir”. Gələcəkdə, iqtisadi və enerji sahəsində daha sıx əməkdaşlığın baş tutacağına isə şübhə yoxdur.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri