Azərbaycan və Şimali Makedoniya arasında regional məsələlər müzakirə olunub
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyunun 17-də Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə olunub.
Eyni zamanda iki ölkə arasında son zamanlar yüksək səviyyəli səfər və təmasların artan dinamizmindən məmnunluq ifadə olunub, bu çərçivədə liderlər arasında görüşlər, parlamentlər arasında artan dialoq, xarici işlər nazirləri arasında təmasların, eləcə də Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
İki ölkə arasında digər vacib istiqamətlər ilə yanaşı, ənənəvi və bərpa olunan enerji istiqamətləri üzrə tərəfdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb.
C.Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və bu prosesə mane olan amillər barədə ətraflı məlumatlandırıb. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının aradan qaldırılması və artıq öz aktuallığını itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















