Azərbaycan və Slovakiya KOB ları yeni əməkdaşlıq imkanlarını araşdırır
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Slovakiya arasında kiçik və orta biznes subyektləri (KOB) səviyyəsində əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanları müzakirə edilib.
525.az bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan və Slovakiya arasında sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes qurumları arasında əlaqələrin möhkəmləndirilməsi və KOB-lar üçün yeni tərəfdaşlıq imkanlarının araşdırılması məqsədilə KOBİA heyəti Slovakiyada görüşlər keçirib.
Səfər çərçivəsində Bratislava şəhərində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı Agentliyinin (SARIO) baş icraçı direktoru Egon Zorad ilə görüşüb. Görüşdə iki ölkə arasında biznes və ticarət əlaqələrinin inkişafı, investisiyaların təşviqi, eləcə də Azərbaycan və Slovakiyanın KOB subyektləri arasında işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Slovakiya Ticarət və Sənaye Palatasının prezidenti Peter Mihok ilə keçirilən görüşdə sahibkarlığın dəstəklənməsi sahəsində təcrübə mübadiləsi aparılıb. Tərəflər KOB-lar və startaplar arasında əməkdaşlığın təşviqi, biznes əlaqələrinin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 İyun 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















