Icma.az
close
up
RU
Azərbaycan və Sloveniya TAP ilə qaz nəqlinin 1,2 milyard kubmetr artırılmasını müzakirə edib

Azərbaycan və Sloveniya TAP ilə qaz nəqlinin 1,2 milyard kubmetr artırılmasını müzakirə edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 iyul, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində Lyublyana şəhərində nazir Bojan Kumer, eləcə də Sloveniyanın aparıcı enerji şirkətləri - “Geoplin”, “Petrol Group”, “Plinovodi” və HSE ilə görüşlər keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerlə görüşdə gələn il diplomatik münasibətlərin 30 illiyini qeyd edəcək Azərbaycan - Sloveniya ikitərəfli əlaqələrinin inkişafından, qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə edilib. Xüsusilə son illərdə enerji sahəsində əlaqələrin daha intensiv və məhsuldar inkişaf etdiyi vurğulanıb. Bu aspektdə, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu, həmçinin SOCAR və “Geoplin” arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub. Sloveniyaya Azərbaycan təbii qazının tədarükünə başlanılması enerji sahəsində əməkdaşlığın real nəticəsi və Avropanın enerji təhlükəsizliyinə, eləcə də təchizatın şaxələndirilməsinə mühüm töhfə kimi qiymətləndirilib. Azərbaycanın etibarlı və güvənilən tərəfdaş olduğunu vurğulayan Bojan Kumer, ölkəmizdən tədarük edilən qazın ötən il Sloveniyanın ümumi qaz istehlakının təxminən 5 faizini təşkil etdiyini və bu həcmlərin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Sloveniyanın enerji siyasətinə dair prioritetləri, Azərbaycanın enerji strategiyası və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, qaz tədarükünün artırılması üçün infrastrukturun inkişafı, uzunmüddətli müqavilələrin imzalanması və maliyyələşmə kimi zəruri şərtlərin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb. 2026-cı ildən başlayaraq Trans-Adriatik Boru Kəməri (TAP) ilə qaz tədarükünün 1,2 milyard kubmetr artırılması planı çərçivəsində, habelə uzunmüddətli əsasda Sloveniyaya qaz tədarükü imkanları, hasilat və nəql layihələrinin inkişaf perspektivləri, regional enerji təhlükəsizliyi və qarşılıqlı məsləhətləşmələrin gücləndirilməsi müzakirə olunub.

Görüşdə, həmçinin Azərbaycanın Avropa ilə enerji inteqrasiyası “Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi”, “Azərbaycan - Gürcüstan - Türkiyə - Bolqarıstan” interkonnektoru və “Mərkəzi Asiya - Azərbaycan Enerji Dəhlizi” layihələri kontekstində dəyərləndirilib. Bu layihələrin Xəzər dənizi vasitəsilə yeni ticarət yolları, enerji təhlükəsizliyi və regional əməkdaşlıq üçün böyük imkanlar açdığı qeyd olunub, Sloveniya ilə yaşıl enerji üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Neft, təbii qaz və “yaşıl enerji” təchizatı üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi “Geoplin” şirkətinin icraçı direktoru Simon Urbancl, “Petrol Group” şirkətinin İdarə Heyətinin prezidenti Sašo Berger, “Plinovodi” şirkətinin icraçı direktoru Marjan Eberlinc və HSE şirkətinin icraçı direktoru Tomaž Štokelj ilə görüşdə də davam etdirilib. Sloveniyanın enerji istehlakı, neft, qaz və elektrik enerjisi ilə təminatı, qonşu ölkələrlə təbii qaz ötürücü əlaqələrin qurulması və gücləndirilməsi, habelə bərpaolunan enerji mənbələrindən, o cümlədən günəş və külək enerjisindən elektrik istehsalını artırmaq istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib. Sloveniyanın enerji şirkətləri Azərbaycanın yaşıl enerji layihələrində investor və bu enerjinin alıcısı qismində iştiraka dəvət edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri