Azərbaycan və Türkiyə bir birindən ayrılmaz bütövdür Dövlət Bağçalı
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik mesajı yayıb.
Bakıvaxtı.az xəbər verir ki, Bağçalı Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə iki ölkə arasındakı tarixi və mədəni bağlara diqqət çəkib.
O, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı xatırladaraq, bu tarixi günün Azərbaycan xalqının suverenlik və azadlıq iradəsini nümayiş etdirdiyini bildirib.
MHP sədri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi və Azərbaycanın əldə etdiyi Zəfərin ölkənin müstəqilliyinə yeni məna və güc qazandırdığını vurğulayıb.
Bağçalı Türkiyə ilə Azərbaycanın ortaq tarixə, mədəniyyətə və tale birliyinə malik olduğunu qeyd edərək, iki ölkənin “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət etdiyini bildirib.
“Biz eyni ananın iki oğluyuq. Əzəldən əbədə dinimiz, dilimiz, sevgimiz, yolumuz birdir. Sevgimiz də, mübarizəmiz də birdir”, – deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 17 Oktyabr 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















