Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimə qatılıblar

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimə qatılıblar


Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimi davam edir.
Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, plana əsasən, təlimin növbəti günündə dəniz xüsusi təyinatlı bölmələri quru ərazidə şərti düşmən arxasına helikopterdən enmə zamanı dairəvi mühafizə və müdafiənin təşkili üzrə tapşırıqları praktiki yerinə yetiriblər.
Təlim zamanı hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdiriblər.

Ana səhifəyə dön


seeBaxış sayı:58
embedMənbə:https://reyting.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri