Icma.az
close
up
RU
“Yelo Bank” üçün ÇƏTİN İL 2025 ci il hansı göstəricilərlə YADDA QALDI?

“Yelo Bank” üçün ÇƏTİN İL 2025 ci il hansı göstəricilərlə YADDA QALDI?

Icma.az bildirir, Bizim media portalına istinadən.

2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların əmək haqqı üzrə xərclərinin illik artım dinamikası açıqlanıb.
2025-ci ilin IV rübündə “Kapital Bank” 304,8 milyon manatla müvafiq göstərici üzrə siyahıya başçılıq edib. İkinci yerdə 236,16 milyon manatla Azərbaycan Beynəlxalq Bankı, üçüncü yerdə isə 108,82 milyon manatla “PAŞA Bank” qərarlaşıb. 
2024 və 2025-ci ilin IV rübündə bankların əməkhaqqı xərci aşağıdakı kimi olub:

Göründüyü kimi, ötən ilin son ayında bütün banklar üzrə əmək haqlarına ayrılan vəsait artırılıb.
Yalnız Yelo Bankdan başqa...
Bu bankın ötən ilin dekabrında əmək haqlarına ayırdığı vəsait əvvəlki illə müqayisədə 2 milyon manatdan çox azalıb. Belə ki, 2024-ci ildə Yelo Bank əmək haqqına 49 milyon 75 min manat ayırmışdısa, ötən il bu rəqəm 46 milyon 948 min manat olub.
Bank üçün 2025-ci il heç də uğurlu olmayıb. Bir çox sahələr üzrə bankın göstəricilərində azalma qeydə alınıb.
Belə ki, Yelo Bank 2025-ci ili 31 milyon 276 min manat xalis mənfəətlə başa vurub
Bankın illik maliyyə hesabatına əsasən, bu, 2024-cü illə müqayisədə 12 milyon 22 min manat və ya 27,8% azalma deməkdir.
Faiz xərcləri 2025-ci ildə 67 milyon 550 min manat təşkil edib. Bu, ötən ilin 53 milyon 793 min manatlıq göstəricisi ilə müqayisədə 13 milyon 757 min manat və ya 25,6% artım deməkdir. Faiz yükündəki artım əsasən depozitlər üzrə faiz ödənişlərindən qaynaqlanır. Belə ki, depozitlər üzrə faizlər illik müqayisədə 14 milyon 331 min manat və ya 29,5% artaraq 62 milyon 831 min manata yüksəlib.
 

Eyni zamanda, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 2024-cü ildə 1,73 min manat olduğu halda, 2025-ci ildə bu göstərici 3 milyon 488 min manata yüksəlib.


Qeyri-faiz gəlirlərində isə azalma müşahidə olunub.
2025-ci ildə bu gəlirlər 20 milyon 320 min manat olub ki, bu da 2024-cü illə müqayisədə 11 milyon 446 min manat və ya 36,0% azdır. Qeyri-faiz gəlirlərinin əsas mənbəyi - haqq və komissiya gəliri də 32,6% azalaraq 11 milyon 639 min manata enib. Bu göstərici ötən il 17 milyon 272 min manat təşkil etmişdi.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Yanvar 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri