Dünya Bankı ilə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan hökumətinin Dünya Bankı ilə həyata keçirdiyi layihələrin icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu gün nazir Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi Qafqaz üzrə regional direktor xanım Roland Praysın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı ölkəmizlə Dünya Bankı arasında əməkdaşlğın mövcud vəziyyəti və inkişaf perspektivləri, Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhər inkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcək proqramlar müzakirə edilib.
S.Babayev bildirib ki, Azərbaycanla Dünya Bankı arasında 30 ildən artıq davam edən tərəfdaşlıq çərçivəsində Bank ölkəmizə dəstək məqsədilə ümumilikdə 54 layihəyə təqribən 5,2 milyard ABŞ dolları vəsait ayırıb və bu əməkdaşlıq ölkədə iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı infrastrukturun təmin olunmasına mühüm töhfələr verib.
Görüşdə qeyd olunub ki, "Bərpa Olunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi" (AZURE) layihəsi çərçivəsində tikilən günəş və külək elektrik stansiyaları ölkənin enerji sisteminə inteqrasiya olunaraq dayanıqlı enerji infrastrukturunun inkişafını təmin edir. Bununla yanaşı, "Məşğulluğa dəstək" layihəsi və onun əlavə maliyyələşdirilməsi təşəbbüsləri işsiz əhalinin məşğulluq imkanlarının genişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı dəstəkləyir. Eyni zamanda, "Regional yollar və inkişaf" layihəsi regionlararası nəqliyyat bağlantılarını gücləndirərək ümumi iqtisadi fəallığın canlanmasına imkan yaradır.
Öz növbəsində, Ç.Kormyer təmsil etdiyi qurumun Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlığa böyük önəm verdiyini, ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanla infrastruktur, yaşıl enerji, şəhərsalma və logistika sahələrində əməkdaşlığın genişləndirilməsində böyük potensial var və bu sahələrdə həyata keçiriləcək təşəbbüslər ölkədə dayanıqlı inkişafın təmin olunmasına və iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq.
Görüşdə həmçinin, Dünya Bankının kredit vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi", "Rəqabətli və Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri" və "Yaşanılabilən Bakı" layihələri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunan layihələrin reallaşdırılmasına zəmin yaradacaq institusional, texniki və maliyyə xarakterli tədbirlər, eləcə də tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















