Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə şəhid ailələri arasında qardaşlıq görüşü keçirilib FOTOLAR

Azərbaycan və Türkiyə şəhid ailələri arasında qardaşlıq görüşü keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Abşeron rayonunun olan şəhid ailələri ilə Türkiyənin şəhid ailələri arasında qardaşlıq və həmrəylik görüşü təşkil edilib.

"Unikal" xəbər verir ki, "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində baş tutan tədbirdə hər iki ölkənin şəhid yaxınları, eləcə də Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsindən nümayəndələri iştirak ediblər.

Tədbir, Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Türkiyə Respublikasının İstiqlal Marşı və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbirdə etdiyi çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin tarixi dərinliyinə, ölkələr arasında bütün sahələrdə mövcud olan sıx əməkdaşlığa və 44 günlük Vətən Müharibəsində qazanılan şanlı Zəfərə diqqət çəkib.

A.Fərzəliyev xüsusilə, iki xalqın birgə bacarıq və qüdrətinin simvolu kimi, Abşeron rayonunun Digah qəsəbəsində birgə təşəbbüslə inşa edilən "Türk şəhidliyi" abidəsini misal göstərib. Rayon rəhbəri qeyd edib ki, "Bu abidə təkcə memarlıq nümunəsi deyil, eyni zamanda iki qardaş xalqın bölünməz dostluğunun, həmrəyliyinin və şəhidlər qarşısında sonsuz minnətdarlığının əbədi simvoludur. Tarixdə Qafqaz İslam Ordusu Azərbaycan oğulları ilə birgə vuruşaraq düşməni məğlub edib. Bu döyüşlərdə şəhid olan türk əsgərlərindən 9 nəfəri məhz bu torpaqda, Digah qəbiristanlığında dəfn edilib."

Abşeron RİH-in başçısı Azərbaycan Ordusunun Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfərdən sonra ərazi bütövlüyünün bərpa olunduğunu, Qarabağa həyatın qayıtdığını və azad edilən ərazilərdə genişmiqyaslı bərpa-işlərin davam etdiyini vurğulayıb. Fərzəliyev həmçinin, rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinə daimi dəstək göstərilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında təşkilatın həyata keçirdiyi layihələrin əsas məqsədinin şəhid ailələri arasında həmrəylik və qarşılıqlı dəstək ənənəsini gücləndirmək olduğunu diqqətə çatdırıb.

Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi nəzdində Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin sədr müavini Halit Çağdaş isə çıxışında Azərbaycan və Türkiyənin bir millət, iki dövlət prinsipi üzərində möhkəm birliyini, həmçinin şəhid ailələrinin bu qardaşlığın ən ali rəmzi olduğunu qeyd edib.

Sonra çıxış edən şəhid Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və Şəhid polis Abdülkadir Güngörün həyat yoldaşı Merve Zarife Güngör həm Türkiyə, həm də Azərbaycanda şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsi və rifahının gündən-günə daha da yaxşılaşdırılması üçün hər cür dəstəyin göstərildiyini diqqətə çatdıraraq, dövlət başçıları və xanımlarına dərin təşəkkürlərini bildiriblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Görüşün sonunda Türkiyədən gələn şəhid ailələrinə Abşeron RİH tərəfindən xatirə hədiyyələri təqdim edilib

Qeyd edək ki, 1-5 sentyabr tarixlərində həyata keçirilən bu layihənin əsas məqsədi Azərbaycan və Türkiyənin ortaq milli-mədəni dəyərlərini təbliğ etmək, şəhid ailələri və ictimaiyyət arasında əməkdaşlıq və dostluq mühitini möhkəmləndirməkdir. "Zəfər" Birliyi keçən il də eyni adlı layihə çərçivəsində Şimali Kipr Türk Respublikasından olan şəhid ailələri ilə görüşlər təşkil etmiş, 2024-cü ilin iyul ayında isə 30 şəhid övladı üçün ŞKTR-da "Yay Məktəbi" təşkil etmişdi.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri