AFFA rəsmiləri bölgələrdə uşaq futbol məktəblərini ziyarət ediblər
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AFFA-nın Regional Səfər Proqramı çərçivəsində bu gün Masallı rayonunun Ərkivan qəsəbəsi, Biləsuvar və Salyan rayonlarına səfər təşkil olunub.
İdman.Biz bildirir ki, səfərdə AFFA nümayəndəsi Ramazan Səmədov və AFFA Veteranlar İttifaqının sədr müavini, veteran futbolçu Rüstəm Rəhimov iştirak ediblər.
Proqram çərçivəsində Masallı (Ərkivan), Biləsuvar və Salyan rayonlarında fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinə baş çəkilib, məşq prosesi ilə tanış olunub, məşqçilər və gənc futbolçularla fikir mübadiləsi aparılıb. AFFA tərəfindən hər bir məktəbə 10 ədəd futbol topu, məşq jiletləri və digər idman ləvazimatları təqdim edilib.
Biləsuvar rayonunda səfər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüş keçirilib. Görüş zamanı regionda futbolun inkişafı, uşaq futbol məktəblərinin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
AFFA Regional Səfər Proqramının əsas məqsədi regionlarda futbolun inkişafına dəstək vermək, uşaq və yeniyetmələrin idmana cəlb olunmasını təşviq etmək və yerli qurumlarla əməkdaşlığı gücləndirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 20 Yanvar 2026 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















