Azərbaycan və Türkiyə XTQləri birgə təlimdə
Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən “SAT-SAS-2024” birgə təlimi davam edir.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Plana əsasən, təlimin növbəti günündə dəniz xüsusi təyinatlı bölmələri quru ərazidə şərti düşmən arxasına helikopterdən enmə zamanı dairəvi mühafizə və müdafiənin təşkili üzrə tapşırıqları praktiki yerinə yetiriblər.
Təlim zamanı hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdiriblər.

Azərbaycan və Türkiyə XTQləri birgə təlimdə
26 Noyabr 2024 22:12
Azərbaycan və Türkiyə XTQləri birgə təlimdə Foto
26 Noyabr 2024 21:50
Türkiyə və Azərbaycan hərbçiləri birgə təlimdə
28 Noyabr 2024 17:58
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə FOTOLAR
28 Noyabr 2024 16:54

