Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
Icma.az bildirir, Milli.az portalına istinadən.
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlər keçirilən tədbirlər çərçivəsində 102 xarici vətəndaşı ölkədən deportasiya edib.
Milli.Az xəbər verir ki, Nazirliyin yaydığı məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Hindistan, Türkmənistan, Özbəkistan, Çin, Qazaxıstan və digər ölkələrin vətəndaşları da yer alır.
Qanunvericiliyə əsasən, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Qeyd edək ki, Gürcüstanda son aylarda qanunsuz miqrasiyaya qarşı nəzarət gücləndirilib. Miqrasiya qanunvericiliyində edilən dəyişikliklərdən sonra deportasiya prosedurları sadələşdirilib və ilin əvvəlindən bu günədək 2300-dən çox əcnəbi ölkədən çıxarılıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 İyul 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















