Icma.az
close
up
RU
Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 19 sentyabr, AZƏRTAC

Azərbaycandan olan bir qrup veteran Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkə “marşal” rütbəsinin verilməsinin 105-ci ildönümünə və Veteranlar Gününə həsr olunmuş təntənəli tədbirə qatılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə Silahlı Qüvvələrinin qoşun növlərinin komandanları, eləcə də ölkəmizin Ankaradakı hərbi attaşesi general-mayor Zaur Zeynalov da iştirak edib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər tədbir iştirakçılarına müraciət edib. Y.Gülər veteranlarla və onların ailə üzvləri ilə görüşməkdən qürur duyduğunu bildirib, qəhrəmanların Türkiyə və Azərbaycanın maraqlarının və təhlükəsizliyinin müdafiəsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

“Şanlı tariximizin ən məsuliyyətli anlarında veteranlar Vətənin müqəddəs dəyərləri uğrunda cəsarət və qətiyyətlə mübarizə aparıblar. İstər sərhəddə, istər cəbhə xəttində, istərsə də ölkəmiz və qardaş Azərbaycan üçün ən ağır günlərdə veteranlar Vətənə və öz vəzifələrinə sarsılmaz sədaqət nümayiş etdiriblər”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın müstəqilliyi naminə şəhidlərin misilsiz qəhrəmanlığı və veteranların fədakarlığı iki qardaş ölkənin sülh və təhlükəsizliyinin davamlı təminatıdır. “Şəhidlərin və veteranların qəhrəmanlıq salnaməsi Türkiyə və Azərbaycanın bu gününün təməli, gələcəyinin isə yol göstərən ulduzudur”, - deyə nazir bildirib.

Y.Gülər qəhrəmanların ailə üzvlərinə və yaxınlarına ayrıca təşəkkür edib, daha sonra sentyabrın 19-u - Türkiyənin Veteranlar Günü münasibətilə təşkil olunan birgə şam yeməyində iştirak edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri