Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc qızlar üçün seçimlərə başlayır
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc qızlar arasında seçimlərə start verir.
İdman.Biz xəbət verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə Bakı və regionlarda fəaliyyət göstərən Regional Voleybol Klublarında (RVK) “Seçim günü” keçiriləcək.
Seçimlər yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən aparılacaq. Prosesdə fərqlənən 2012 və 2013-cü il təvəllüdlü idmançılar müvafiq yaş qrupları üzrə milli komandalara cəlb ediləcəklər.
Seçimlərin yanvar ayında aparılacağı Regional Voleybol Klubları:
13 yanvar
“Bakı RVK” (Bakı şəhəri) - saat 15:00
17 yanvar
“Şərqi Zəngəzur RVK” (Sumqayıt) - saat 12:00
“Sumqayıt RVK” (Sumqayıt) - saat 14:00
24 yanvar
“Gəncə RVK” (Gəncə) - saat 14:00
25 yanvar
“Tovuz RVK” (Tovuz) - saat 14:00
31 yanvar
“Oğuz RVK” (Şəki) - saat 14:00
Qeyd edək ki, növbəti mərhələdə Naxçıvan şəhərində də seçimlərin keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 Yanvar 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















