Icma.az
close
up
RU
Azərbaycan Vyetnamda beynəlxalq kulinariya mədəniyyəti festivalında təmsil olunub

Azərbaycan Vyetnamda beynəlxalq kulinariya mədəniyyəti festivalında təmsil olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Pekin, 24 noyabr, AZƏRTAC

Vyetnam Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində 13-cü “Beynəlxalq Kulinariya Mədəniyyəti Festivalı” adlı xeyriyyə yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalın açılış mərasimində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın həyat yoldaşı xanım No Fon Li, dövlət və hökumət rəsmiləri, Vyetnamda akkreditə olunmuş diplomatik missiya rəhbərləri, bölgələrin təmsilçiləri, habelə qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Festival zamanı Azərbaycan stendində ölkəmizə aid milli suvenirlər, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini, həmçinin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın bu ilin may ayında Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü əks etdirən şəkillər və digər materiallar nümayiş etdirilib, iştirakçılara və qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri (qutab, dolma, plov, müxtəlif növ kabablar və Azərbaycan çayı) təqdim olunub.

Azərbaycan səfirliyinin dəvəti ilə beynəlxalq kulinariya sahəsində tanınmış aşpaz, Dünya Barbekü Assosiasiyasının (WBQA) vitse-prezidenti, Dünya Aşpazlar Assosiasiyasının (WACS) rəsmi hakimi, həmyerlimiz Sahib-David İsrafilov festivalda milli yeməklərimizin təqdimatını edib.

Festival zamanı yerli sakinlər və xarici turistlər tərəfindən ən çox ziyarət olunan pavilyonlardan biri Azərbaycana aid olub. Festivalda səfirliyin tərəfdaşı olan Hanoy Ticarət və Turizm Kollecinin tələbələri Azərbaycan pavilyonun fəaliyyətinə dəstək olublar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri