Icma.az
close
up
RU
Azərbaycan Vyetnamda beynəlxalq səyahət sərgisində milli stendlə iştirak edir

Azərbaycan Vyetnamda beynəlxalq səyahət sərgisində milli stendlə iştirak edir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pekin, 5 sentyabr, AZƏRTAC

Vyetnamın iqtisadi-maliyyə mərkəzi Hoşimin şəhərində Mekonq çayı subregionunun ən böyük turizm sərgisi hesab olunan Beynəlxalq Səyahət Sərgisi (ITE HCMC 2025) işə başlayıb.

Ölkəmizin Vyetnamdakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən turizm liderləri, iş adamları və hökumət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan ilk dəfə milli stendlə təmsil olunur. Bu, Azərbaycanın turizm potensialının tanıdılmasına və iki ölkə əlaqələrinin inkişafına xidmət edir. Ölkəmizin sərgidə iştirakı Azərbaycan Turizm Bürosu, eləcə də özəl şirkətlər tərəfindən təmin olunur.

Azərbaycanla Vyetnam arasında 1959-cu ildən başlanan tarixi dostluq əlaqələri 2025-ci ildə iki ölkənin başçıları tərəfindən strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Turizm əməkdaşlığın prioritet sahələrindən biri hesab olunur. Hər iki ölkənin turizm sahəsində öz bölgələrində lider mövqeyində olmaları ilə yanaşı son illər qarşılıqlı turist səfərlərinin xeyli artması müşahidə olunur. Vyetnam cari ildə 25 milyon turist cəlb etməyi hədəfləyir. Bundan başqa, hər il təxminən 10 milyonadək Vyetnam vətəndaşı xarici ölkələrə səfər edir. Qarşı tərəfin dəvəti ilə Vyetnama səfər edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin, eyni zamanda, Hoşimin bölgəsinin tərkibində olan Vunqtau şəhərində görüşlərinin keçirilməsi və buradakı Bakı küçəsini ziyarət etməsi nəzərdə tutulur. Bu ad 1987-ci ildə Azərbaycan neftçilərinin Vyetnamın neft sənayesinin inkişafına töhfələrinin şərəfinə verilib. Bakının Xətai rayonunda da Vunqtau küçəsi mövcuddur.

Azərbaycanın sərgidə debütü iki ölkə arasında turizm, biznes və mədəniyyət sahələrində əməkdaşlığın möhkəmlənməsi istiqamətində əhəmiyyətli addımdır. Zəngin mədəni irsi ilə Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan vyetnamlı turistlər və biznes dairələri üçün yeni imkanlar təqdim edir.

Milli stend Azərbaycanın turizm imkanlarını nümayiş etdirməklə yanaşı, B2B görüşləri və tərəfdaşlıqlar üçün də platforma rolunu oynayır. Azərbaycan şirkətlərinin və BŞİH nümayəndələrinin sərgidə birgə iştirakı ölkəmizin Vyetnam və ASEAN regionu ilə uzunmüddətli əməkdaşlığa marağını göstərir.

Ölkəmizin ilk dəfə olaraq sözügedən sərgidə iştirakı yeni turizm təşəbbüslərinin, biznes və mədəni layihələrin həyata keçirilməsinə, eləcə də xalqlarımız arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə yol açacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:336
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri