Icma.az
close
up
RU
Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi

Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nazirlər Kabinetinin qərarı ilə "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən hazırlanan sənəd ölkədə 14 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqların təhlükəsizliyinə dair məcburi tələbləri müəyyən edir. Reqlamentin əsas məqsədi oyuncaqların insanların həyat və sağlamlığına, ətraf mühitə və əmlaka zərər vurması riskini azaltmaq, eləcə də istehlakçıların təhlükəsizlik məsələlərində yanılmasının qarşısını almaqdır. Sənəd dərc edildiyi gündən altı ay sonra qüvvəyə minəcək.

Yeni qaydaların qəbulu oyuncaq bazarında təhlükəsizliyin təmin olunması baxımından mühüm addım sayıla bilər. Bəs yeni reqlament qüvvəyə minənədək mağazalarda satışda olan oyuncaqlara hansı tələblər şamil olunacaq və bu tələblərə əməl edilməsinə necə nəzarət ediləcək?

Bakıvaxtı.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Reqlament bunlara şamil edilməyəcək"

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, "Texniki tənzimləmə haqqında" Qanuna əsasən, istehlakçılara təqdim olunan qeyri-qida mallarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur. Texniki reqlament malların təhlükəsizliyinə dair normaları özündə ehtiva edən normativ hüquqi aktdır.

Agentlikdən qeyd edilib ki, yeni sənəd "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində hazırlanıb. Reqlamentdə oyuncaqların orqanoleptik, fiziki-mexaniki, kimyəvi, alışma riski və digər təhlükəsizlik göstəricilərinə dair tələblər müəyyənləşdirilib.

Agentliyin məlumatına görə, texniki reqlament qüvvəyə minənədək idxal olunan, Azərbaycanda istehsal edilərək dövriyyəyə buraxılan, eləcə də istifadədə olan oyuncaqlara şamil edilməyəcək. Sənədin tələbləri oyuncaq sayılmayan məhsullara, fərdi sifarişlə hazırlanmış oyuncaqlara və sərgi nümunələrinə də aid deyil.

Bununla belə, Agentlik vurğulayır ki, yeni texniki reqlament qüvvəyə minənədək müvafiq mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair mövcud standartlar, eləcə də uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar hüquqi qüvvəsini saxlayır. Təsərrüfat subyektləri həmin tələblərə riayət etməlidirlər.

"Yoxlamalarla bağlı qanunvericilikdə məhdudiyyətlər var"

Agentlikdən bildirilib ki, oyuncaq bazarında nəzarət tədbirləri "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərinə uyğun həyata keçirilir.

Qurumun açıqlamasında qeyd olunur ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna əsasən, 2027-ci il yanvarın 1-dək ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb. Bununla belə, həmin müddətdə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə qanunvericilikdə nəzərdə tutulan yoxlamalar aparıla bilər. Belə yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı və məhdudiyyətlər çərçivəsində həyata keçirilir.

"Bazarda xaos yarandı"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, uşaq oyuncaqlarının təhlükəsizliyinə dair texniki reqlamentin qəbul edilməsi Azərbaycan bazarında təhlükəsiz məhsulların satışının təmin olunması baxımından mühüm addımdır:

"Uzun müddət Nazirlər Kabinetinin 343 saylı qərarı qüvvədə olub. 2021-ci ildə ləğv edilən həmin qərarda təhlükəsizliyi təmin edilməli olan 100-dən çox malın siyahısı yer alırdı. Bu məhsullar müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən Azərbaycan əmtəə bazarına daxil ola bilməzdi. Siyahıya uşaq oyuncaqları da daxil idi. Qərarın ləğvindən sonra bazarda ciddi xaos yaranıb və təhlükəsizliyi təmin olunmayan müxtəlif məhsullar satışa çıxarılıb".

Birlik sədri bildirir ki, sonrakı dövrdə malların təhlükəsizliyinə dair müəyyən texniki reqlamentlər qəbul edilsə də, uşaq oyuncaqları ilə bağlı tələblərin ayrıca müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Oyuncaq alarkən nələrə diqqət edilməlidir?

E.Hüseynovun sözlərinə görə, uşaq oyuncaqları ən həssas istehlakçı qrupuna ünvanlandığı üçün onların təhlükəsizliyi xüsusi diqqət tələb edir:

"Oyuncaqların hazırlanmasında istifadə olunan materiallar, quruluş və digər xüsusiyyətlər daim diqqətdə saxlanılmalıdır. Belə ki, boyaların tərkibindəki ağır metallar uşaqların sağlamlığı üçün risk yarada, oyuncaqlardan qopan kiçik hissələr isə uşaqların qulağına və burnuna düşərək təhlükə törədə bilər".

E.Hüseynov tövsiyə edir ki, istehlakçılar uşaq oyuncaqları alarkən ilk növbədə məhsulun qoxusuna diqqət yetirsinlər:

"Mağazaya daxil olduqda kəskin və xoşagəlməz plastik qoxusu hiss edilirsə, həmin mağazadan oyuncaq almaqdan çəkinmək məsləhətdir. Oyuncağın rənginin çıxıb-çıxmadığını yoxlamaq üçün onu ağ parça ilə silmək olar. Parçaya rəng keçərsə, həmin oyuncağı almaqdan imtina etmək tövsiyə olunur. Həmçinin məhsulun qopa bilən hissələrinin olub-olmadığı yoxlanılmalıdır. Gəlincik alarkən isə saçlarını yüngülcə dartaraq asanlıqla qopub-qopmadığına diqqət yetirmək lazımdır".

E.Hüseynov vurğulayır ki, sadalanan və digər təhlükəsizlik məsələləri yeni texniki reqlamentdə öz əksini tapıb:

"Reqlament Azərbaycan bazarında təhlükəsiz uşaq oyuncaqlarının satışının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. İstehlakçılar tələblərə uyğun olmayan məhsullarla qarşılaşdıqları halda aidiyyəti dövlət qurumlarına müraciət etsinlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Noyabr 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri