Icma.az
close
up
RU
“Azərbaycan xalqına qarşı qətliam törətdilər” Millət vəkili danışdı

“Azərbaycan xalqına qarşı qətliam törətdilər” Millət vəkili danışdı

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“31 Mart Azərbaycanlıların Soyqırım Günüdür. Əslində bu tarix şərtidir ona görə ki, rus imperiyası dağıldıqdan sonra onun cənubunda yerləşən Cənubi Qafqazda çox ciddi proseslər gedirdi”.

Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, azərbaycanlılar və gürcülər, dağ xalqları öz milli dövlətlərini qurmaq istəyi ilə mübarizə aparırdılar: “Ancaq bu torpaqlara 19cu əsrin əvvəlində məqsədli sürətdə rus imperiyasi tərəfindən yerləşdirilmiş erməni icması bu xalqları sıxışdıraraq onların yerində heç bir əsası olmuyan böyük bir Ermənistan dövləti qurmaq istiyirdi. Əsas məqsəd də Azərbaycan, Bakı və tarixi Azərbaycan torpaqları idi. Bu baxımdan Bolşevik Rusiyasıda cənubda erməni dövlətinin qurulmasında maraqlı idi. Heçdə təsadüfi deyil ki, özünü Bolşevik qələmə verən ancaq bununla belə ən qatı erməni milləti olan Stepan Şaumyan Sovet Rusiyasının Qafqazda səlahiyyətli nümayəndəsi təyin edilmişdir. 17ci ilin dekabrından başlayaraq hər ay Sovet Rusiyasi tərəfindən ona böyük məbləğdə vəsait köçürülürdü. Bu vəsait hesabına erməni hərbi dəstələri yaradılırdı. Osmanlı torpağında məğlubiyyətə uğramış qeyri-qanuni hərbi dəstələr Qafqaza yerləşdirilirdi. Situasiyadan istifadə edərək onlar yerli Azərbaycan xalqına qarşı qətliam başlatdılar. İlk dövrdə Bakıda hakimiyyəti ələ almış Bakı, Şaumyanın rəhbərliyi ilə Bakı Soveti bunu ayrı ayrı dəstələrin qanı sulu kimi izah edirdi. Məqsədli sürətdə Bakıda on mindən çox insan öldürüldü. Qubada, Şamaxıda,Lənkəranda, Göyçayda digər regionlardada Azərbaycan kəndlərinə hücum başladı. Qərbi Azərbaycan adlandırdığımız indi isə həmin ərazidə Ermənistan dövlətli olan ərazidə minlərlə Azərbaycan kəndinə hücum edildi, silahsız insanlar qətlə yetirildilər. Bunun misli bərabəri yox idi. Şaumyan Bakıda çıxan qəzetlərə bu qırğınlar barəsində yazmağa qadağan etmişdir. Qadağanı pozanlar isə sadəcə olaraq bağlanırdılar. Xüsusilə 1918-ci ilin mart ayında kütləvi qırğınlar getdi. Ancaq Azərbaycanlıların hələ hərbi dəstələrdə birləşməməsi, müstəqil dövlətimizin olmaması qətliamin törədilməsinə səbəb oldu. Təsadüfi deyil ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu məsələ ört basdır edildi. Müstəqil dövlətimiz bərpa edilənə ötən əsrin 90-cı illərinə qədər bu məsələyə bir qadağa qoyulmuşdu,hər hansı formada araşdırılması mümkün deyildi. Buna görə də Ulu Öndər Heydər Əliyev 1998-ci il 26 martında Azərbaycan Soyqırımları ilə bağlı məlum sərəncamını imzaladı. Həmin sərəncamda o cümlədən 31 Mart Azərbaycanlıların Soyqırımı kimi nəzərdə tutuldu. Hər il Azərbaycan Xalqı bu tarixi qeyd etməklə özünün tarixinin hansı ağrılardan, hansı ölüm dirim mübarizəsindən keçdiyini bir daha yada salırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Mart 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri