Icma.az
close
up
RU
Azərbaycan xalqının müasir tarixi həm sınaqlarla, həm də böyük zəfərlərlə zəngindir ŞƏRH

Azərbaycan xalqının müasir tarixi həm sınaqlarla, həm də böyük zəfərlərlə zəngindir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

44 günlük Vətən müharibəsinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror əməliyyatı regionda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə xidmət edirdi. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 19 sentyabr Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində ən sevimli, ən əziz tarixlərdən biri kimi yaddaşlara həkk olunub və heç vaxt unudulmayacaq. Bu, xeyirin şərə, haqlının haqsıza qalib gəldiyi, ədalətin bərpa olunduğu tarixi bir gündür. Azərbaycanın illərlə qəlbində daşıdığı milli dərd həmin vaxt öz həllini tapdı. Xalqımızın bütün ağrılarını unutduran, ona təsəlli verən bu möhtəşəm zəfər hələ də bizə gerçəkdən xoş bir yuxunu xatırladır.

Yüksək peşəkarlıqla həyata keçirilən antiterror əməliyyatı ölkəmizin gücünün, Şanlı Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarixin səhifələrinə yazıldı. O tarixi missiyanın uğurla yerinə yetirilməsindən, dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən antiterror əməliyyatının başa çatmasından iki il ötür. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi bir sutkaya əldə edilən tarixi Qələbə separatçı və terrorçu rejimin sonunu gətirdi. Bu tarixi Zəfərimizlə sübut etdik ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. Nəticədə rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ölkəmizdə illərlə dərin kök salmış, region üçün təhlükəli bir xəstəliyə çevrilmiş separatizm və qanlı terror məhv edildi. Bir zamanlar qanunsuz silahlı qrupların hökm sürdüyü, təhlükə və anarxiyanın yuvasına çevrilmiş Xankəndi və ətraf ərazilərdə artıq Azərbaycan əsgərinin doğma addım səsləri eşidildi. 44 günlük haqq savaşında imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Xüsusilə mina terroru hər gün həyatımıza acı xəbər gətirirdi. Onlarla hərbçi və mülki şəxs bu minaların qurbanına çevrilirdi. 2023-cü ilin sentyabrında baş verən partlayış nəticəsində bir neçə hərbçimizin həlak olması isə son damla oldu. Bu hadisədən dərhal sonra Azərbaycan Ordusu sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyatın ən böyük xüsusiyyəti onun məqsədli və məhdud xarakter daşıması idi. Ordumuz yalnız hərbi obyektləri hədəfə aldı, mülki əhalinin təhlükəsizliyi isə diqqətlə qorundu. Bu, Azərbaycanın gücünün yanında humanist dəyərlərə sadiqliyinin də göstəricisi idi. Dəqiq və hədəfli zərbələr nəticəsində Ermənistan ordusunun qalıqları zərərsizləşdirildi, mühüm hərbi obyektlər sıradan çıxarıldı. Əməliyyatın ən mühüm məqamlarından biri isə mülki əhalinin qorunması idi. Azərbaycan Ordusu bu məsələyə xüsusi həssaslıqla yanaşdı. Humanitar dəhlizlər açıldı, mülki şəxslərə yardım göstərildi, onların təhlükəsizliyi təmin olundu.

2023-cü ilin sentyabrın 19–20-də keçirilmiş lokal antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Qarabağda dövlət idarəçiliyi tam bərpa olundu, ölkəmizin ərazi bütövlüyü faktiki olaraq təmin edildi, oradakı qeyri-qanuni silahlı dəstələr tərksilah edildi və bölgədə sabitlik, təhlükəsizlik bərqərar oldu. Prezident İlham Əliyev təkcə Azərbaycan adına zəfər qazanmadı, eyni zamanda müasir siyasi tarixə xalq-lider birliyinin ustad dərsini keçdi. Belə birliyin qələbəsi əbədi xarakter daşıyır. Azərbaycan göstərdi ki, suverenlik yalnız kağız üzərində yazılan prinsip deyil, real siyasi iradə və hərbi güclə qorunan dəyərdir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri