Icma.az
close
up
RU
Azərbaycan və Macarıstan liderlərinin dostluq münasibətləri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır

Azərbaycan və Macarıstan liderlərinin dostluq münasibətləri əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayır

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın xarici siyasətində  Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq  xüsusi yer tutur. Prezident İlham Əliyevin mayın 20-də  Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Qeyd edək ki, iki ölkə arasında  diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Dost ölkələrimiz arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir.  Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan  onlarla  sənəd hüquqi bazanın möhkəmlənməsində mühüm rol oynayır. Əlaqələrimizin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin mühüm rolu xüsusi vurğulanmalıdır. Azərbaycan-Macarıstan əməkdaşlığı  2023-cü ildə  imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da möhkəmlənib və hazırda münasibətlərin yeni mərhələyə qədəm qoymasını təmin edir. Sənəd ölkələrimiz arasında təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyən kompleks çərçivə təqdim edir. Tərəflər bu sənəd ilə qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanan uzunmüddətli əməkdaşlığa sadiq olduqlarını bəyan ediblər. 
Azərbaycan-Macarıstan əlaqələri çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, “Şərq Tərəfdaşlığı” Proqramı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində   uğurla  inkişaf etdirilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol  oynayır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki,  Macarıstanda işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin bu ölkənin  Baş naziri Viktor Orbanla keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, həmçinin liderlərin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin dünəninə, bugününə baxış olmaqla yanaşı, perspektivlərə işıq salır. “Biz dost ölkələrik, strateji tərəfdaşıq” söyləyən Prezident İlham Əliyev onu da xüsusi vurğuladı ki, Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Bunlardan biri tarixi köklərimizə bağlılıqdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Azərbaycan da eyni vəziyyətdədir. Bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.
Millət vəkili mühüm məqamı da xüsusi qeyd edib ki, iki ölkənin liderlərinin dostluq münasibətləri də əlaqələrimizin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Bu dostluq qarşılıqlı səfərlərin dinamikasında özünü aydın şəkildə nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev  Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri bir daha möhkəm təmələ əsaslanan münasibətlərimizin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. Macarıstanan Baş naziri Viktor Orban Prezident İlham Əliyevin  səfərinə yüksək dəyərini “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub” fikirləri ilə ifadə etdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Dost ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda 2022-ci ilin  dekabrında  Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair  Saziş mühüm yer tutur. Həmin Sazişdən irəli gələrək qeyd olunan ölkələr arasında yaşıl enerjinin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası istiqamətində səylər uğurla davam etdirilir. Bu layihənin icrası region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi, xüsusən Xəzər dənizin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi mühüm rol oynayacaq. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında  diqqəti bir daha enerji sektorunda əməkdaşlığın hazırkı durumuna yönəldərək bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Azərbaycanın  qaz resurs bazası kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Azərbaycan  bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər  qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır.
Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, mötəbər beynəlxalq tədbirlərdə çıxışı Azərbaycanın bu və ya digər sahələrdə mövcud imkanlarının, eyni zamanda, 30 illik işğal və tarixi Zəfərimizdən ötən  dövrün reallıqlarının təqdimatı olur. Mətbuata bəyanatında İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldığını önə çəkən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki,  BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik. İkinci Qarabağ müharibəsindən sonra  sülh danışıqlarının  təşəbbüskarı,  sülh müqaviləsinin mətninin müəllifi də Azərbaycan oldu. Məhz bu mətn bu gün Ermənistan tərəfindən müəyyən düzəlişlərlə  qəbul edilib.
Vüqar Rəhimzadə Azərbaycan və  Macarıstanın digər beynəlxalq təşkilatlarla yanaşı,  Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla əməkdaşlıq etdiyini önə çəkərək vurğulayıb ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxtı Budapeştdə TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə  Macarıstanın dəstəyi bu ölkənin təşəbbüsü ilə mayın 21-də keçirilən tədbir oldu. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki,  Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır.
Millət vəkili bildirib ki, ümumilikdə Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət edəcək şəkildə uğurla inkişaf edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see278

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see211

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see149

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see147

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see143

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see133

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see133

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see129

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see128

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see126

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see124

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see124

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see123

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see122

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see121

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see121

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see120

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see119

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see119

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri