Icma.az
close
up
RU
TDT nin fəaliyyətində Azərbaycan əhəmiyyətli rol oynayır

TDT nin fəaliyyətində Azərbaycan əhəmiyyətli rol oynayır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatı (TDT) bu gün türk dünyasının həmrəyliyini, ortaq kimlik və dəyərlərinin qorunmasını, gələcək əməkdaşlıq perspektivlərini özündə birləşdirən mühüm platforma kimi dəyərləndirilir. Müasir beynəlxalq münasibətlər sistemində TDT-nin siyasi, iqtisadi və mədəni çəkisi durmadan artır, Azərbaycanın rolu isə təşkilatın güclənməsi və yeni strateji xəttinin formalaşmasında xüsusi əhəmiyyət daşıyır. 

2009-cu il 3 oktyabrda Naxçıvanda imzalanmış Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında əsası qoyulan bu təşkilat son on beş ildə nüfuz dairəsini genişləndirərək bu gün beynəlxalq aləmin ən önəmli qurumlarından birinə çevrilmişdir. Mövzu ilə bağlı əməkdar jurnalist, BDU Jurnalistika fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Namiq Əhmədov suallarımızı cavablandıraraq TDT-nin tarixi və bu günkü perspektivləri barədə fikirlərini bölüşüb.

-        Müasir dünyada TDT hansı əhəmiyyətə və rola malikdir?

-        Müasir dünyada Türk Dövlətləri Təşkilatı (TDT) regional və qlobal miqyasda siyasi, iqtisadi, mədəni və təhlükəsizlik əməkdaşlığının mühüm platforması kimi çıxış edir. Təşkilat türkdilli dövlətlər arasında inteqrasiyanı gücləndirərək ortaq tarixi-mədəni kimliyin qorunmasına, enerji və nəqliyyat dəhlizlərinin inkişafına, strateji resursların koordinasiyasına və beynəlxalq aləmdə vahid mövqelərin formalaşdırılmasına xidmət edir. Bundan əlavə, TDT üzv dövlətlərin beynəlxalq münasibətlərdə mövqeyini gücləndirir, Avrasiya məkanında geosiyasi balansın qorunmasına və qlobal əməkdaşlıq proseslərinə töhfə verir.

-        Azərbaycan TDT-nin əsas üzvlərindən biri kimi təşkilatın güclənməsində hansı rol oynayır?

-        Azərbaycan TDT-nin əsas üzvlərindən biri kimi təşkilatın güclənməsində həm geosiyasi mövqeyi, həm də iqtisadi-siyasi potensialı ilə mühüm rol oynayır. Strateji enerji və nəqliyyat layihələri (BTC, TAP, Zəngəzur dəhlizi təşəbbüsü və s.) vasitəsilə Azərbaycan türk dövlətlərini Avropa və Asiya arasında körpü funksiyasında birləşdirir. Bununla yanaşı, ölkə regional təhlükəsizlik, mədəni inteqrasiya və diplomatik əməkdaşlıq sahələrində təşəbbüskar çıxış edərək TDT-nin beynəlxalq nüfuzunun artmasında əhəmiyyətli rolunu təsdiqləyir.

-        Gələcəkdə TDT-nin daha da güclənməsi üçün hansı addımlar atılmalıdır?

-Gələcəkdə TDT-nin daha da güclənməsi üçün ilk növbədə təşkilat daxilində iqtisadi inteqrasiya dərinləşdirilməli, ortaq sərbəst ticarət zonası və vahid nəqliyyat-logistika mexanizmləri qurulmalıdır. Bununla yanaşı, təhlükəsizlik və müdafiə sahəsində koordinasiya, həmçinin elm, təhsil və texnologiya mübadiləsi genişləndirilməlidir. Ən önəmlisi, TDT beynəlxalq arenada vahid mövqe ilə çıxış etməyi bacarmalıdır ki, bu da təşkilatın qlobal güc mərkəzinə çevrilməsini təmin edə bilər.

-        TDT ölkələri arasında inteqrasiyada medianın rolu nədən ibarətdir?

-        Bu sual bilavasitə jurnalistikaya və tədris etdiyimiz sahəyə aid olduğundan üzərində qismən də olsa geniş dayanmaq lazımdır. Həm də ona görə ki, TDT ölkələri arasında inteqrasiyanın güclənməsində medianın rolu strateji əhəmiyyət daşıyır. Müasir dövrdə informasiya məkanı yalnız ictimai rəyin formalaşmasında deyil, həm də siyasi, iqtisadi və mədəni proseslərin istiqamətləndirilməsində həlledici faktorlardan biridir. Bu baxımdan media TDT məkanında həm inteqrasiya vasitəsi, həm də koordinasiya platforması funksiyasını yerinə yetirir. Əvvəla, media üzv ölkələr arasında ortaq tarixi yaddaşın, mədəni kimliyin və dəyərlərin təbliği baxımından xüsusi rol oynayır. Ortaq televiziya layihələri, informasiya portalları və jurnalist mübadiləsi vasitəsilə türk xalqlarının bir-birini daha yaxından tanıması, stereotiplərin aradan qaldırılması və ümumtürk birliyinin ictimai şüurda möhkəmlənməsi təmin olunur. İkincisi, media iqtisadi və siyasi əməkdaşlıq gündəminin ictimaiyyətə çatdırılması baxımından əvəzsizdir. Regional nəqliyyat layihələri, enerji əməkdaşlığı, sərmayə imkanları və turizm sahəsində təşəbbüslərin KİV vasitəsilə təqdimatı həm ictimai dəstəyin qazanılmasına, həm də iş adamları və siyasi dairələr arasında əlaqələrin intensivləşməsinə kömək edir. Üçüncüsü, media dezinformasiya və informasiya təhlükəsizliyi məsələlərində TDT ölkələrinin maraqlarını qorumaq üçün mühüm platformadır. Qərəzli məlumatların qarşısının alınması, hadisələrin obyektiv işıqlandırılması və vahid kommunikasiya strategiyasının qurulması təşkilatın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Nəhayət, medianın rolu yalnız məlumat ötürməkdən ibarət deyil, həm də ictimai rəyin inteqrasiya proseslərinə hazırlanması ilə bağlıdır. TDT-nin gələcəkdə güclü siyasi və iqtisadi blok kimi möhkəmlənməsi üçün üzv ölkələrdə cəmiyyətlərin bir-birinə yaxınlaşması vacibdir ki, bu prosesin əsas lokomotivlərindən biri məhz medianın koordinasiyalı fəaliyyəti ola bilər. Belə qənaətə gəlmək olar ki, TDT ölkələri arasında inteqrasiyada media sadəcə xəbər paylaşan orqan deyil, həm də strateji inteqrasiya resursudur. Yəni media yalnız məlumat çatdıran vasitə deyil, həm də uzunmüddətli siyasi, iqtisadi və mədəni birlik yaratmaq üçün istifadə olunan əsas alətlərdən biridir".

Türkan Kərimli,

BDU-nun tələbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri