Azərbaycan XİN dən Feridun Sinirlioğlu açıqlaması
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü Azərbaycanın alqışladığını bildirib.
Milli.Az xəbər verir ki, bu barədə A.Hacızadə medianın sualına cavabında şərhində qeyd edib.
"Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini bir daha vurğulayırıq.
İnanırıq ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq", - məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 31 Oktyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















