Icma.az
close
up
RU
Sülhə aparan yol dialoqdan keçir ŞƏRH

Sülhə aparan yol dialoqdan keçir ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünyanın gələcəyini müəyyən edən məsələlər sırasında müxtəlif mədəniyyətlərə, dinlərə və dünyagörüşlərinə malik insanların bir-birini anlamaq bacarığı xüsusi yer tutur. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, insanların və cəmiyyətlərin daha sıx əlaqələnməsi ünsiyyət imkanlarını genişləndirsə də, bu, qarşılıqlı anlaşmanın avtomatik təmin olunması demək deyil. Əksinə, yanlış təsəvvürlər, ayrı-seçkilik və dözümsüzlük meyilləri bir sıra hallarda cəmiyyətlər arasında yeni maneələr yaradır. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr edilməsi məhz belə bir şəraitdə xüsusi məna daşıyır. Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı dialoqun yalnız bu günün problemlərinə münasibət bildirmək vasitəsi olmadığını, gələcək nəsillər üçün daha təhlükəsiz və sabit dünyanın formalaşdırılmasına xidmət etdiyini göstərir. Bu yanaşmanın mərkəzində insan amili dayanır. İnsanların dini və milli mənsubiyyətindən, mədəni ənənələrindən asılı olmayaraq, bərabər hüquqlara malik olması və öz kimliyini qoruyaraq cəmiyyətin inkişafında iştirak etməsi sağlam ictimai münasibətlərin əsas şərtidir. Müxtəliflik düzgün dəyərləndirildikdə cəmiyyəti zəiflədən amilə deyil, onun mənəvi və intellektual imkanlarını genişləndirən üstünlüyə çevrilir. Buna görə də mədəniyyətlərarası dialoqun inkişafı yalnız dövlətlərin və beynəlxalq təşkilatların deyil, bütövlükdə cəmiyyətlərin qarşısında dayanan vəzifədir. Bakı Forumunun dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirməsi bu ortaq məsuliyyətin beynəlxalq səviyyədə dərk edildiyini göstərir. Əsas məqsəd fərqli baxışları eyniləşdirmək deyil, onları qarşılıqlı hörmət müstəvisində uzlaşdırmaq, ümumi problemlərin həlli üçün əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Bu baxımdan, gənc nəslin dünyagörüşünün formalaşması və onun mədəni müxtəlifliyə münasibəti xüsusi əhəmiyyət daşıyır. Gələcəyin siyasi liderləri, müəllimləri, alimləri, jurnalistləri və ictimai fəalları bu gün formalaşan dəyərlər sisteminin daşıyıcıları olacaqlar. Əgər gənclər başqa xalqların tarixi və mədəniyyəti barədə dolğun məlumat əldə edir, fərqli düşüncələrə hörmətlə yanaşmağı öyrənirlərsə, gələcəkdə qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin qurulması üçün daha əlverişli şərait yaranır. Bu prosesdə təhsil və mədəniyyət müəssisələrinin, medianın və vətəndaş cəmiyyətinin üzərinə mühüm vəzifələr düşür. İnformasiya məkanında yayılan stereotiplərin və qərəzli yanaşmaların tənqidi qiymətləndirilməsi, müxtəlif xalqların mədəni irsinin düzgün təqdim olunması və dialoq imkanlarının genişləndirilməsi cəmiyyətlər arasında etimadın möhkəmlənməsinə kömək edir. Azərbaycan özünün çoxəsrlik birgəyaşayış ənənələri ilə bu istiqamətdə diqqətəlayiq təcrübəyə malikdir. Ölkədə müxtəlif etnik qrupların və dini icmaların nümayəndələrinin vahid vətəndaşlıq məkanında yaşaması, onların hüquqlarının qorunması və mədəni irsə hörmət göstərilməsi multikultural dəyərlərin ictimai həyatdakı rolunu nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışında bu təcrübənin önə çəkilməsi Azərbaycanın mədəniyyətlərarası münasibətlərə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi yanaşdığını təsdiqləyir. Belə təcrübənin beynəlxalq müzakirələrə təqdim olunması digər ölkələrlə qarşılıqlı öyrənmə və əməkdaşlıq üçün imkanlar yaradır. Bununla yanaşı, hər bir cəmiyyət öz tarixi və sosial xüsusiyyətlərini nəzərə alaraq dialoq mədəniyyətini inkişaf etdirməlidir. Hazır reseptlərdən daha çox, insan hüquqlarına hörmət, bərabər imkanlar və qarşılıqlı etimad kimi ümumi prinsiplərin gündəlik həyata tətbiqi mühüm nəticələr verə bilər.
Ortaq gələcəyin qurulması üçün mədəniyyətlərarası dialoqla yanaşı, xalqlar arasında sülhün və dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi də vacibdir. Münaqişələrin yaratdığı humanitar fəsadlar, zorakılıq və düşmənçilik mühiti ilk növbədə gələcək nəsillərin imkanlarını məhdudlaşdırır. Buna görə də mübahisələrin dinc vasitələrlə həlli, beynəlxalq hüquqa hörmət və qarşılıqlı maraqların nəzərə alınması davamlı inkişafın mühüm şərtləridir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sülh gündəliyini irəli sürməsi bu baxımdan əhəmiyyətli nümunədir. Ölkəmiz regionda qarşıdurmanın davam etdirilməsində deyil, sabitliyin möhkəmləndirilməsində və əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır. Bu yanaşma göstərir ki, milli maraqların müdafiəsi ilə gələcəyə yönəlmiş sülh siyasəti bir-birini tamamlayan istiqamətlərdir. Bakı Forumunun əsas ideyası da məhz ortaq məsuliyyətin dərk edilməsinə, müxtəlifliklər arasında körpülərin qurulmasına və əməkdaşlığın genişləndirilməsinə əsaslanır. Dünyanın qarşısında duran problemlər heç bir dövlətin və ya cəmiyyətin səyləri ilə ayrılıqda həll edilə bilməz. İqlim dəyişikliklərindən humanitar böhranlara, regional münaqişələrdən sosial bərabərsizliyə qədər bir çox məsələ birgə fəaliyyət tələb edir. Bu əməkdaşlığın səmərəli olması üçün isə etimad, qarşılıqlı hörmət və açıq ünsiyyət mühiti yaradılmalıdır. Azərbaycan belə bir mühitin formalaşmasına beynəlxalq forumlar vasitəsilə töhfə verir, müxtəlif ölkələrin nümayəndələrini ortaq məqsədlər ətrafında birləşdirir. Əldə olunan nəticələrin davamlılığı dialoqun tədbirlərlə məhdudlaşmamasından, müzakirə edilən ideyaların konkret təşəbbüslərə çevrilməsindən asılıdır. Gələcək nəsillərə daha təhlükəsiz dünya miras qoymaq istəyən cəmiyyətlər bu gün qarşılıqlı anlaşmanı gücləndirməli, ayrı-seçkiliyə qarşı mübarizə aparmalı və fikir ayrılıqlarının dinc yolla həllinə üstünlük verməlidirlər. Çünki ortaq gələcək yalnız ümumi məsuliyyət hissi ilə mümkündür. Bakıdan dünyaya ünvanlanan dialoq çağırışının başlıca məzmunu da bundan ibarətdir: fərqliliklərə hörmət edilən, sülhün qorunduğu və əməkdaşlığın üstün tutulduğu dünya qurmaq hamının ortaq vəzifəsidir.

Emil Tağıyev

YAP Xaçmaz rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri