Birləşmiş Ştatların kommersiya neft ehtiyatları 5,3 milyon barrel artıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 18 noyabr, AZƏRTAC
ABŞ-nin kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə 5 milyon 300 min barrel artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) məlumat yayıb.
Bazar iştirakçıları ehtiyatların 500 min barrel azalacağını gözləyirdilər.
ABŞ-nin Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) rəsmi ehtiyat göstəricilərini gün ərzində açıqlaması gözlənilir.
Bundan başqa, ABŞ və İran arasında qarşılıqlı hücumların davam etməsi, eləcə də Hörmüz boğazında gəmi hərəkətində yaranan çətinliklər neft tədarükü ilə bağlı narahatlıqları artıraraq enerji bazarında neftin daha da ucuzlaşmasını məhdudlaşdırır. Qiymətlərin aşağı düşməsinə qlobal neft bazarında təklifin tələbi üstələyəcəyi ilə bağlı gözləntilərin güclənməsi təsir göstərib.
Yaxın Şərqdə gərginliyə baxmayaraq, oktyabr ayında neft hasilatının artdığı və regionun neft təklifinin ABŞ-İsrail və İran arasında müharibədən əvvəlki səviyyələrə yaxınlaşdığı bildirilir. Beynəlxalq Enerji Agentliyi (IEA) regionda hasilatın sürətlə bərpası və tədarükün sabitləşməsi nəticəsində ilin son rübündə qlobal neft təklifinin tələbi üstələyəcəyini proqnozlaşdırır.
ABŞ-də xam neft ehtiyatlarının bazar gözləntilərinin əksinə olaraq artması da təklif artıqlığı ilə bağlı narahatlıqları gücləndirib.
Analitiklər “Brent” markalı neftin bir barreli üçün 95 dolları müqavimət, 90 dolları isə dəstək səviyyəsi kimi qiymətləndirirlər. Hazırda “Brent”in qiyməti 92 dollar civarındadır.
Baxış sayı:45
Bu xəbər 18 Noyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















