Icma.az
close
up
RU
Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ “yaşıl eneri” poliqonuna çevrilib

Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ “yaşıl eneri” poliqonuna çevrilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi, “yaşıl” eneri və təhlükəsizlik baxımından vahid bir məkana çevrilməlidir. Hazırda birbirinə tarixən bağlı olan bu bölgələr vahid konsepsiya əsasında inkişaf edir, bərpa-quruculuq layihələri sürətlə həyata keçirilir. Bu iqtisadi rayonların vahid konsepsiya ilə inkişafı dedikdə, onların qarşılıqlı əlaqədə inkişafı nəzərdə tutulur. Zəngəzur dəhlizi açıldıqdan sonra bu regionlar həm ölkə iqtisadiyyatı üçün, həm region, həm də Türk dünyası üçün əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının   xüsusi sosial-iqtisadi və siyasi əhəmiyyətini nəzərə alan ölkə rəhbəri sözügedən regionlarda xüsusi idarəetmə növü – Səlahiyyətli və Xüsusi Nümayəndəlik institutları yaradıb. Daha çevik və şə af idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə səlahiyyətli və xüsusi nümayəndələrin təyin olunması regionlarda müvafiq dövlət proqramlarının, xüsusi iqtisadi və sosial yönümlü layihələrin uğurla icrasını  şərtləndirib. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi və Qarabağ və Şərqi Zəngəzura aid rayonlarda fəaliyyət göstərən xüsusi nümayəndələr ölkə başçısının həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasını həmin regionlarda tətbiq edir. 

Yeri gəlmişkən, Prezident lham Əliyevin müvafiq sərəncamla təsdiqlədiyi   “2023-2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” muxtar respublikanın hərtərəfli inkişafını hədəfləyir. Eyni zamanda, bu sənəd ölkə tarixində əhatəsinə, nəzərdə tutulan büdcəsinə görə ən böyük dövlət proqramlarından biridir. Sənədin  icrası nəzərdə tutulan böyük perspektivdən xəbər verir. Azərbaycan Prezidenti yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə hər üç regionun vahid konsepsiya əsasında inkişaf edəcəyinin anonsunu verməklə gələcəkdə bu iqtisadi rayonların böyük perspektivlərinin olacağını diqqət çatdırdı. Qeyd edim ki, dövlət başçısı 2024-cü ilin son ayında muxtar respublikanın iqtisadi inkişafına ciddi tövhə verəcək iki mühüm qərar qəbul etdi. Bunlardan biri Naxçıvan Muxtar Respublikasında yeni Sənaye Parkının yaradılması, digəri isə Naxçıvanda yeni stilik Elektrik Stansiyasının tikintisidir.  Yeni yaradılacaq sənaye parkı bölgənin sənaye potensialının artırılmasını, yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi daşıyır. Bu, həmçinin yerli istehsalın artırılmasına və xarici investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Eyni zamanda, kiçik və orta biznesin inkişafına tövhə verəcək, bölgə iqtisadiyyatının şaxələndirilməsini təmin edəcək. 

Muxtar respublikada icra olunacaq və bölgənin ən irihəcmli layihələrindən hesab edilən yeni stilik Elektrik Stansiyasının isə iki əsas faydası gözlənilir. Birincisi, muxtar respublikanın enerji dayanıqlığı tam reallaşacaq, bütün hallarda enerji təminatının tam müstəqilliyi bərpa olunacaq. kinci əsas məsələ isə ondan ibarətdir ki, stansiya muxtar respublikada alternativ və bərpaolunan enerji potensialının istifadə olunması üçün balans rolunu oynayacaq. Bu, həm də muxtar respunlikanın enerji ixracını təmin etmək üçün birbaşa dəstəkdir. 

Görülən işlər bir daha onu göstərir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr uğurla icra olunur, verilən vədlər yerinə yetirilir. Bunun   nəticəsində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan vahid konsepsiya ilə inkişaf edir.

Tural MURTUZƏLIYEV

iqtisad üzrə fəlsəfə doktoru

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti rəisinin müavini 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Yanvar 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri