Icma.az
close
up
RU
“Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırıb”

“Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırıb”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Rizvan Nəbiyev: “Zirvə Görüşünün regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunmasına bir sıra mühüm amillər səbəb olub”

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər.

Görüşdə dövlət başçıları bir sıra diqqətçəkən fikirlər səsləndiribər.

Sözügedən Görüş haqqında millət vəkilləri fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

Millət vəkili Rizvan Nəbiyev söyləyib ki, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşünün regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunmasına bir sıra mühüm amillər səbəb olub: “Bu amillər həm regional, həm də qlobal miqyasda mövcud çağırışlardan, eləcə də üzv dövlətlərin xarici siyasətində sülh və sabitliyə verdikləri strateji önəmdən qaynaqlanır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə regionda yeni siyasi reallıq formalaşdırıb. Bu reallığın əsasında dayanan sülh gündəliyi artıq Prezident İlham Əliyev tərəfindən BMT və Avropa Siyasi Birliyi səviyyəsində təqdim olunaraq yüksək qiymətləndirilib”.

“Zirvə Görüşü çoxşaxəli əməkdaşlığı hədəfləyir”

Onun sözlərinə görə, Qəbələ Zirvə Görüşü həmin siyasi gündəliyin TDT çərçivəsində təqdim olunması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın ev sahibliyi etdiyi hər bir Zirvə Görüşü istər 2000-ci ildə Bakı, 2009-cu ildə Naxçıvan, 2013-cü ildə Qəbələ, 2024-cü ildə Şuşa, istərsə də bu il Qəbələdə keçirilən toplantı türk dünyasının inkişafında yeni mərhələnin başlanğıcı olub. Budəfəki Zirvə Görüşü isə təhlükəsizlik, müdafiə sənayesi və hərbi əməkdaşlıq sahəsində çoxşaxəli əməkdaşlığı hədəfləyir”.

“Zəngəzur dəhlizinin reallaşması...”

R.Nəbiyev vurğulayıb ki, Azərbaycanın ikitərəfli və çoxtərəfli əməkdaşlıq təcrübəsi, xüsusən 2021-ci ildə Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi, regional sabitlik və sülhün təmin olunması istiqamətində möhkəm təməl formalaşdırıb: “Bu sənəddə yer alan təhlükəsizlik və sabitlik prinsipləri artıq ikitərəfli formatdan çoxtərəfli əməkdaşlığa keçid üçün baza yaradır. Azərbaycan bu gün 14 dövlətin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır və etibarlı enerji tərəfdaşı kimi tanınır. Eyni zamanda Zəngəzur dəhlizinin reallaşması türk dövlətləri arasında iqtisadi və nəqliyyat təhlükəsizliyini gücləndirəcək, həmçinin Şərq-Qərb istiqamətində strateji üstünlük yaradacaq. Zəngəzur dəhlizi vasitəsilə Türkiyədən Azərbaycan üzərindən Orta Asiyaya birbaşa, maneəsiz quru əlaqəsinin bərqərar olması yalnız ticarət dövriyyəsini deyil, yaşıl enerjinin ixracını və dəmir yolu layihələrinin icrasını da stimullaşdıracaq. Bu isə türk dövlətlərinin Şərq-Qərb nəqliyyat dəhlizində artan çəkisini bir daha təsdiqləyəcək”.

Tarixi toplantı

R.Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin ortaya qoyduğu sülh modeli hərbi, siyasi və diplomatik vasitələrlə sabitliyin yaradılması təcrübəsi artıq türk dünyası üçün örnəkdir: “Bu model indi çoxtərəfli əməkdaşlıq formatında strateji müttəfiqlərimizlə bölüşülür. Ortaq tarix, dil və dini dəyərlər üzərində qurulan bu birliyin əsas məqsədi təhlükəsizlik və sabitlik sahəsində uzunmüddətli, institusionallaşmış əməkdaşlıq yaratmaqdır. Qəbələ Zirvə Görüşü TDT tarixində təhlükəsizlik, müdafiə və sülh sahəsində yeni mərhələnin əsasını qoyan tarixi toplantı kimi qalacaq”.

Real siyasi və iqtisadi güc mərkəzi

Millət vəkili Günay Ağamalı bildirib ki, TDT 12-ci Zirvə Görüşünün Azərbaycanda keçirilməsi strateji əhəmiyyətli geosiyasi hadisədir: “Bu Zirvə türk dövlətlərinin artan qlobal çəkisinin, siyasi, iqtisadi və mədəni həmrəyliyinin daha da möhkəmlənməsinin bariz göstəricisidir. TDT Mərkəzi Asiyadan Avropaya qədər geniş coğrafiyada yaşayan xalqların etnik kimlik və ortaq dəyərlər üzərində formalaşan birliyin təcəssümüdür. Son illərdə TDT sürətli inkişaf yolu keçərək əməkdaşlıq platformasından real siyasi və iqtisadi güc mərkəzinə çevrilməkdədir. Enerji, nəqliyyat, müdafiə və təhlükəsizlik sahələrində həyata keçirilən ortaq layihələr təşkilatın beynəlxalq sistemdə funksional rolunu xeyli artırır”.

Aparıcı dövlət

G.Ağamalının sözlərinə görə, Azərbaycan türk dünyasının birliyinə ən böyük töhfə verən aparıcı dövlətdir: “Rəsmi Bakı illər ərzində türk dövlətlərinin iqtisadiyyatlarına 20 milyard dollardan artıq investisiya yatırıb. Bu, Azərbaycanın qardaş ölkələrin inkişafına verdiyi real dəstəyin göstəricisidir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi bu gün bütövlükdə türk dünyasının birliyinin ideoloji dayağına çevrilib. Prezident İlham Əliyevin TDT-nin institusionallaşmasında və onun beynəlxalq nüfuzunun artmasında rolu isə əvəzsizdir”.

Zəngin mədəniyyətə və dövlətçilik ənənəsinə malik sivilizasiyası

Millət vəkili əlavə edib ki, təşkilat qarşısında duran əsas hədəflərdən biri təhlükəsizlik və müdafiə istiqamətində əməkdaşlığın genişləndirilməsidir: “Dövlət başçısının Zirvə Görüşündə türk dövlətlərinin Azərbaycanda birgə hərbi təlimlər keçirməsi təklifi xüsusi strateji məna daşıyır. Bu, qlobal və regional təhdidlər fonunda türk dövlətlərinin koordinasiyalı şəkildə hərəkət etməsini təmin edəcək və ortaq təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edəcək. Türk sivilizasiyası əsrlərin sınağından çıxmış zəngin mədəniyyətə və dövlətçilik ənənəsinə malikdir. TDT bu tarixi irsi qoruyaraq onu müasir dövrdə güc və nüfuz platformasına çevirir. Bu, ortaq köklərimizin yaşadılması və gələcək nəsillər üçün güclü inteqrasiya nümunəsinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. İnanıram ki, TDT-nin gələcək inkişafı türk dünyasının beynəlxalq münasibətlər sistemində strateji qüvvə mərkəzinə çevrilməsini təmin edəcək”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Oktyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri