Azərbaycan yığması qrup mərhələsində sonuncu oyununa çıxacaq
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq. SİA xəbər verir ki, komanda C Liqasının I qrupunun matçında İsveçlə qarşılaşacaq.
Görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.
Qarşılaşmanı Polşadan olan FIFA referisi Pavel Raçkovski idarə edəcək.
Azərbaycan millisi daha əvvəl Estoniya (1:3, 0:0), Slovakiya (0:2, 1:3) və İsveç (1:3) ilə qarşılaşıb.
UEFA Millətlər Liqası
VI tur
19 noyabr
C Liqası, I qrup
23:45. İsveç - Azərbaycan
Baş hakim: Pavel Raçkovski (Polşa).
"Friends Arena".
Qeyd edək ki, I qrupda İsveç 13 xalla liderdir. Yığmamız 1 xalla sonuncu pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası: Azərbaycan yığması qrup mərhələsində sonuncu oyununa çıxacaq
19 Noyabr 2024 09:05
Azərbaycan yığması Sloveniyadakı yoldaşlıq turnirində sonuncu oyununa çıxacaq
09 Sentyabr 2025 13:27
UEFA Millətlər Liqası: Yığmamız qrup mərhələsində sonuncu oyununa çıxacaq
19 Noyabr 2024 14:05
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq
05 Sentyabr 2025 11:26
Azərbaycan yığması növbəti matça çıxacaq
04 İyun 2025 09:17

