Icma.az
close
up
RU
Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb

Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Azərbaycan beynəlxalq vergitutma sahəsində yüksək reytinqə layiq görülüb.

Bu barədə  Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, beynəlxalq vergitutma sahəsində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri vergi orqanları arasında məlumat mübadiləsinin genişləndirilməsi və bu sahədə formalaşmış beynəlxalq standartların tətbiqidir. Azərbaycan 2013-cü ildən “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirakı öhdəliyini öz üzərinə götürüb.

Qlobal Forum tərəfindən indiyədək 2010-2016-cı və 2016-2024-cü illəri əhatə edən qiymətləndirmənin iki mərhələsi həyata keçirilib. Birinci mərhələ çərçivəsində 125 yurisdiksiya əhatə olunub. Azərbaycan Respublikası üzrə qiymətləndirmənin ikinci mərhələsinin 2023-cü ilin sentyabr ayında başlanıldığı elan edilib və bu il həmin mərhələ çərçivəsində qiymətləndirici ekspertlərin ölkəmizə səfəri baş tutub. Ekspertlər səfər çərçivəsində ölkəmizin qanunvericiliyi və təcrübəsi ilə əyani tanış olublar. Qiymətləndirmə Qrupunun (PRG) 48-ci iclasında qiymətləndirmənin ikinci mərhələsi üzrə elan edilmiş nəticələrə əsasən, Azərbaycan Respublikası ən yüksək “compliant” (uyğundur) reytinq balına layiq görülüb. Ölkə reytinqi və müvafiq hesabat noyabrın 21-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmi internet səhifəsində dərc edilib.

Qlobal Forum tərəfindən ölkələr üzrə 2-ci mərhələ çərçivəsində qiymətləndirmələrə 2016-cı ildən başlanılıb və proses Azərbaycandan başqa ümumilikdə 123 ölkəni əhatə edib. Nəticələrə əsasən, 18 ölkə “Compliant” (standartlara uyğundur), 91 ölkə “Largely compliant” (standartlara əsasən uyğundur), 12 ölkə “Partially compliant” (standartlara qismən uyğundur), 2 ölkə isə “Non-compliant” (standartlara uyğun deyil) reytinqlərinə layiq görülüb.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ildən isə ölkələr üzrə qiymətləndirmələr daha dərindən həyata keçirilir və həmin tarixdən indiyədək ən yüksək “Compliant” reytinqini əldə edən 4 ölkədən sonra məhz Azərbaycan Respublikası olub. Qiymətləndirmə prosesi çərçivəsində bir sıra qanunvericilik aktlarının və beynəlxalq müqavilələrin müddəaları, ölkədə hüquqi şəxslərin qeydiyyatı və ləğv olunması prosesləri, vergi orqanlarında qeydiyyat məlumatlarının mövcudluğu və aktuallığı, hüquqi şəxslər tərəfindən vergi bəyannamələrinin verilməsi təcrübəsi təhlil edilib. Bundan başqa, ölkədə mühasibat uçotu və bank sənədlərinin mövcudluğu, saxlanılması qaydaları, həmin məlumatların vergi orqanlarına əlçatanlığı, ölkədə vergi orqanlarının hüquqları və mövcud məlumat mənbələri, vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməletmə səviyyəsi, Azərbaycan Respublikasının beynəlxalq tərəfdaşlarının sayı, mübadilə olunan məlumatların keyfiyyəti və tamlığı, həmin məlumatın təhlükəsizliyinin qorunması şərtləri də araşdırılıb.

Qlobal Forum çərçivəsində Azərbaycanın ən yüksək reytinqə layiq görülməsi ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcud olmasından xəbər verir. Bu göstərici ölkəmizə bir sıra üstünlüklər qazandırır, əlverişli investisiya mühitinin və şəffaflığın təminatı fonunda ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, xarici investisiya axınının stimullaşdırılması, eləcə də iri maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir Forumda Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

apa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://banco.az
archiveBu xəbər 22 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri