Icma.az
close
up
RU
Azərbaycan zəka üzərində qurulan dövlətə çevrilir

Azərbaycan zəka üzərində qurulan dövlətə çevrilir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elm, təhsil və kadr islahatları strateji önəm daşıyır

Bu gün dövlətlərin taleyini təbii sərvətlərlə bərabər, həm də insan kapitalının keyfiyyəti müəyyən edir. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə də məhz bu gerçəklik dərin təhlil edildi. Dövlət başçısının səsləndirdiyi fikirlər ölkəmizin uzunmüddətli inkişaf strategiyasının neft və qazdan kənarda – elm, təhsil, zəka və səmərəli kadr siyasəti üzərində qurulduğunu bir daha təsdiq edir. Bu baxımdan Azərbaycan liderinin müsahibəsi təkcə cari problemlərin şərhi deyil, eyni zamanda, postneft dövrünə keçidin ideoloji və institusional yol xəritəsidir.

Müsahibədə Elm və Təhsil Nazirliyinin yaradılmasının son illərin ən mühüm struktur islahatlarından biri olduğunu bildirən ölkə rəhbəri uzun bir dövrdə elmin dövlət idarəçiliyindən kənarda qaldığını, başqa sözlə, elm siyasətinin dövlətin ümumi inkişaf kursundan təcrid olunduğunu vurğulayıb. Prezident İlham Əliyev daha sonra deyib: “Dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir. Struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var… Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik…”.

Yeri gəlmişkən, inkişaf etmiş ölkələrdə fundamental və tətbiqi elmlər əsasən ali təhsil müəssisələri ilə inteqrasiya olunub. Elmi tədqiqatlar iqtisadiyyatın real sektorunun tələblərinə uyğunlaşdırılıb. Universitetlərdə isə təhsillə yanaşı, innovasiya və texnologiyanın inkişafı diqqət mərkəzində saxlanılıb. Azərbaycanın seçdiyi modelin də məhz bu yanaşmaya uyğun qurulmasına başlanılıb.

Dövlət başçısının xüsusi vurğuladığı məqamlardan biri də elmi-tədqiqat institutlarının birləşdirilməsi və paralel olaraq kadr islahatlarının aparılmasıdır. Burada əsas prinsip aydındır: elm sosial məşğulluq mexanizmi deyil, inkişaf lokomotividir. Dövlət başçısının ifadə etdiyi “keyfiyyət əmsalı” anlayışı isə müasir elmi idarəetmənin əsas meyarıdır. Başqa sözlə, bu məsələdə elmi işlərin hansı beynəlxalq jurnallarda dərc olunması, elmi nəticələrin müasir çağırışlara uyğun gəlməsi, tədqiqatların ölkənin sosial-iqtisadi inkişafına töhfə verməsi əsas şərtlər sırasındadır. Belə bir yanaşma isə Azərbaycan elmini qlobal elmi məkana inteqrasiya etməyi hədəfləyir.

Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi ən prinsipial tezislərdən biri belədir: “İnkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox”. Bu fikir, əslində, qlobal iqtisadi reallığın qısa formuludur. Tarix sübut edir ki, təbii resurslara malik olmaq müvəqqəti üstünlük yaradır. Davamlı inkişaf isə yalnız bilgi iqtisadiyyatı üzərində mümkündür.

Dünya təcrübəsindən məlumdur ki, neft və qazla zəngin olan, lakin elmi-texnoloji baza yaratmayan ölkələrin əksəriyyəti resurslar tükəndikdən sonra dərin böhranlarla üzləşib. Azərbaycan bu taleyi yaşamamaq üçün insan kapitalına sistemli investisiya yatırmağı qarşıya mühüm vəzifə kimi qoyub. Prezident İlham Əliyev müsahibədə bununla bağlı deyib: “Baxın, neft və qazla zəngin olan dövlətlərin, eləcə də inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə və qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik”.

Müsahibədə son 20 il ərzində Azərbaycanda 5-i xarici tərəfdaşlarla birgə olmaqla 10 yeni ali təhsil müəssisəsi yaradılıb. Bu, dövlətin elmə, təhsilə, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılmasına, test sisteminə olan münasibətinin bariz ifadəsidir. Bütün bunlar vahid strateji məqsədə – savadlı, bilikli və rəqabətqabiliyyətli cəmiyyətin formalaşdırılmasına xidmət edir.

Azərbaycan liderinin müsahibəsinin ən səmimi və eyni zamanda, ən sərt hissəsi kadr məsuliyyəti ilə bağlıdır. Dövlətimizin başçısı açıq etiraf edir ki, etimadı doğrultmayan kadrlar var, gənc, yaxud yaşlı nəsil, fərqi yoxdur, əsas məsələ insani keyfiyyətdir, tərbiyə, vicdan və məsuliyyət əsas meyardır. Burada ölkə rəhbərinin mövqeyi prinsipialdır: etimadı doğruldan hər zaman dəstəklənir, əyri yola gedən isə istər inzibati, istərsə də cinayət məsuliyyəti daşıyır.

Maraqlı məqamlardan biri də dövlət başçısının ictimai nəzarətə verdiyi əhəmiyyətdir. Bir çox kadr qərarlarının əsasında regionlardan gələn siqnallar, çoxpilləli yoxlamalar, bir neçə qurumun rəyinin üst-üstə düşməsi kimi məsələlər dayanır. Bu isə subyektivlik və şəxsi-qərəz risklərini minimuma endirir. Ölkə rəhbəri müsahibədə bu barədə deyir: “Mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək”.

Müsahibədə diqqətçəkən bir məsələni də xatırlatmaq istərdik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq yeni üsuli-idarənin tətbiq edildiyini bildirən dövlət başçısı bunun çevik idarəetmə üçün daha əlverişli olduğunu, lakin kadr siyasətinin yenə də əsas prinsip olduğunu vurğulayır: “Mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib”.

Ölkə rəhbəri müsahibəsinin davamında təyin etdiyi şəxslərdən birini bir aydan sonra vəzifədən uzaqlaşdırdığını bildirir və 22 illik prezidentlik fəaliyyəti ərzində bir çox kadrlara etimad göstərdiyini, hər dəfə yeni təyin etdiyi icra başçısı ilə ya görüşdüyünü, ya da telefonla söhbət etdiyini, onlara tövsiyələr verdiyini vurğulayır. Lakin təəssüf ki, bu məsələdə məyusluq doğuran odur ki, həmin gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada söhbət gənc, yaxud yaşlı nəsildən deyil, onların ailə, məktəb və cəmiyyətdə aldıqları tərbiyədən gedir.

Qeyd edək ki, dövlət başçısı kadrlara hər zaman ədalətli mövqedən yanaşıb. Amma etimadı doğrultmayan, əyri yola gedən hər bir şəxs ya cinayət məsuliyyətinə cəlb edilib, ya da inzibati qaydada cəzalandırılıb. Eyni zamanda, struktur islahatlarının aparılması diqqətdə saxlanılıb. Bütün hallarda isə saf, təmiz kadrların yetişdirilməsinə xüsusi önəm verilib. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin isə bir gün respublikanın müxtəlif yerlərinə, bəlkə də, bütövlükdə, ölkəyə tətbiq edilə biləcəyini, bunun isə operativ, çevik və daha az məmurun iştirakını reallaşdıran üsuli-idarə metodu olmasından irəli gəldiyini vurğulayıb.

Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan populist qərarlardan uzaqdır, onilliklər və yüzilliklər üçün düşünür, inkişafın əsasını elm, təhsil və vicdanlı kadr siyasətində görür. Şübhəsiz ki, bu yol hamar deyil, amma alternativi də yoxdur. Çünki XXI əsrdə dövlətlərin gücü neft quyularının dərinliyi ilə yox, zəkanın səviyyəsi ilə ölçülür.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see222

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see219

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see218

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see217

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see208

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see204

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see203

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see200

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see199

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see194

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see183

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see182

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see178

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see175

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see170

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see165

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri