Icma.az
close
up
RU
Azərbaycan BƏƏ: Qardaşlıq, dostluq üzərində qurulan əlaqələr

Azərbaycan BƏƏ: Qardaşlıq, dostluq üzərində qurulan əlaqələr

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Tarixdən gələn ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verən Azərbaycan özünü İslam dünyasının ayrılmaz hissəsi hesab edir. Təsadüfi deyildir ki, ölkəmizin milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursunda prioritet istiqamətlərdən birini böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Respublikamız Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Buna görə də İslam coğrafiyasında yerləşən dövlətlər Azərbaycana böyük rəğbətlə yanaşırlar.

Qısa müstəqillik tarixində ölkəmizin əksər İslam dövlətləri ilə qarşılıqlı maraqlar əsasında yüksək səviyyəli münasibətlər qurmağa nail olması bunun əyani təsdiqidir.

Özünün siyasi çəkisi, əhali sayı, resursları və geniş maliyyə imkanları ilə ərəb dünyasının önəmli dövlətlərindən olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də respublikamızın sıx tərəfdaşlıq münasibətləri qurduğu ölkələr sırasında yer alır. Xüsusilə də son illərdə iki ölkə arasında tarixi zəminə əsaslanan əməkdaşlıq əlaqələri daha da intensivləşib.  Elə bugünlərdə BƏƏ-nin Prezidenti  Şeyx Məhəmməd bin Zayed Al Nəhyan növbəti dəfə ölkəmizdə rəsmi səfərdə olub. Prezident İlham Əliyev sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğuna diqqət çəkərək vurğulayıb: “Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub”.

İki dost ölkə arasında siyasi dialoq çox uğurla inkişaf edir

Şübhə yoxdur ki, bəhs olunan səfər ikitərəfli münasibətlərə güclü təkan verəcək. Əlamətdar haldır ki, Prezident  Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu dəfə respublikamıza səfərini paytaxt Bakıya deyil, işğaldan azad olunmuş ərazilərə - azad Qarabağa edib. Bu, dost ölkənin dövlət başçısının 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı tarixi qələbələrlə ərazi bütövlüyünü  və suverenliyini tam təmin etmiş Azərbaycana xüsusi jestidir və böyük məmnunluq doğurur. Məlumdur ki, bəzi dövlətlər, ayrı-ayrı təsisatlar hələ də Azərbaycanın tarixi zəfərlərini sinirə bilmir və bunu siyasi manipulyasiya predmetinə çevirməyə çalışırlar. Ancaq İslamafob, Azərbaycanafob dairələrin qatarı çoxdan gedib. Bir qədər bundan əvvəl Vaşinqtonda, Ağ Evdə, dünyanın bir nömrəli ofisində Donald Trampın şahidliyi ilə əldə olunan razılaşmalar ondan xəbər verir ki, beynəlxalq birlik  Azərbaycanın ədalətli mövqeyini və sülh gündəliyini bütünlüklə qəbul edir. Yeri gəlmişkən, cari ilin iyul ayında BƏƏ-nin ev sahibliyi ilə Abu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutması süllhyaratma prosesində irəliyə doğru atılmış mühüm addım kimi dəyərləndirilir. Dost BƏƏ-də aparılan müzakirələr Vaşinqtonda daha da inkişaf etdirlmiş və yekun sülh sazişi paraflanmışdır. Abu-Dabi görüşünün ardından Prezident  Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın azad Qarabağa səfərə gəlməsi iki ölkə arasında qarşılıqlı etimadın nə qədər yüksək olduğuna dəlalət edir. “Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir. Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Liderlərin səmimi münasibətləri

Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə böyük siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib.

Bu gün Azərbaycanla BƏƏ arasında siyasi dialoqun yüksək dinamizmindən bəhs edərkən burada liderlər arasında formalaşan xoş münasibətlərin rolunu ayrıca vurğulamaq lazım gəlir. Prezident İlham Əliyev Şuşada baş tutan geniştərkibli görüşdə bu məqama xüsusi diqqət çəkib. Bildirildiyi kimi, liderlər həm Azərbaycanda, həm də BƏƏ-də tez-tez görüşürlər. Bu görüşlərdə bir qayda olaraq yeni qlobal çağırışlar, regional məsələlər ətrafında önəmli müzakirələr aparılır və birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilir.

 Liderlərin qarşılıqlı səfərləri də intensivləşib. Xatırladaq ki, Prezident İlham Əliyev 2006-cı il noyabrın 20-21-də  Birləşmiş Ərəb Əmirliklərinə ilk rəsmi səfərini reallaşdırıb. Bu səfər iki ölkə arasında əlaqələrin inkişafına təkan verib.

Dövlətimizin başçısının BƏƏ-yə növbəti səfəri bundan 10 il sonra - 2016-cı ilin fevral ayında reallaşıb. Azərbaycan Prezidentinin 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı ikitərəfli siyasi dialoqun daha da möhkəmlənməsinə mühüm töhfə verib. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də bəhs olunan səfər çərçivəsində qəbul edilib. BƏƏ-dən estafeti götürən Azərbaycan 2024-cü ilin noyabr ayında COP29-a yüksək səviyyədə ev sahibliyi etdi və Bakıda qlobal iqlim əməkdaşlığı üzrə bir sıra mühüm razılaşmalar əldə olundu.

Eyni zamanda, BƏƏ-nin yüksəksəviyyəli rəsmiləri də vaxtaşırı ölkəmizə səfərlərə gəlirlər. Görüşdə belə təmasların davamlı olacağının anonsu edilib. “Bugünkü görüşümüz bizim bu il ərzində üçüncü görüşümüzdür. Həqiqətən bizim bu ilin iyul ayında Əbu-Dabidəki görüşümüz çox səmərəli və ikitərəfli əməkdaşlığımızın yeni mərhələsinin əsası oldu. İnşallah, ikitərəfli əməkdaşlığımız və əlaqələrimiz, dostluğa, xeyir-bərəkətə əsaslanan münasibətlərimiz ölkələrimizin və xalqlarımızın rifahının daha da artması istiqamətində davam edəcəkdir”, - deyə dost ölkənin dövlət başçısı vurğulayıb. 

Beynəlxalq platformalarda qarşılıqlı dəstək

Hazırda dünyanın reallıqları elədir ki, dost ölkələrin beynəlxalq səviyyədə fəaliyyətlərini əlaqələndirmələrinə böyük zərurət var. Bu baxımdan Azərbaycanla BƏƏ arasında formalaşan ənənələr təqdirəlayiqdir. Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib ki, biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik.

İki dost ölkənin BMT və İslam coğrafiyasına aid olan ölkələri birləşdirən təsisatlarda əməkdaşlığı xüsusilə diqqət çəkir. Dost ölkə hər zaman beynəlxalq təsisatlarda Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib. Yuxarıda bəhs etdiyimiz Abu-Dabi görüşünə məmnuniyyətlə ev sahibliyi edən BƏƏ bir daha təsdiqlədi ki. Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesinə töhfə verməyə hazırdır. Ölkəsinin mövqeyini bir daha nəzərə çatdıran Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik. Bu münasibətlər Birləşmiş Ərəb Əmirlikləri dövlətinin regionda sülhün və əmin-amanlığın bərqərar olmasına, buradakı xalqların sülh şəraitində yaşamasına hər cür dəstək verməyə hazır olduğunu bir daha vurğulayırıq”,- deyə bildirib.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri