Icma.az
close
up
RU
Azərbaycana böhtanlar, iftiralar yağdırılması Azərbaycanın gücü qarşısında keçirdikləri narahatlıqlardan xəbər verir DEPUTAT

Azərbaycana böhtanlar, iftiralar yağdırılması Azərbaycanın gücü qarşısında keçirdikləri narahatlıqlardan xəbər verir DEPUTAT

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycana böhtanlar, iftiralar yağdırılması Azərbaycanın gücü qarşısında keçirdikləri narahatlıqlardan xəbər verir" - DEPUTAT

Uzun illər erməni diasporunun, lobbisinin əlində marionetə çevrilmiş Fransa öz istəklərini, arzularını da elə Ermənistanın əli ilə bölgədə həyata keçirməyə çalışır.

Sonxeber.az xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında Fransanın ARTE kanalında "Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər" kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli filmi şərh edərkən belə deyib.

Deputat Qərbi Azərbaycan İcmasının ötən gün bu filmə etiraz olaraq yayımladığı bəyanata qoşulduğunu bildirib.

"Demək istəyirəm ki, bu günə kimi bütün dünyada işğalçı siyasət həyata keçirən, öz mənafeləri uğruna digər xalqları qurban verən Fransa kimi bir ölkənin kanalında azərbaycanlılar və türklər əleyhinə gedən böhtan və iftiralarla dolu sənədli film bir daha bu ölkənin qərəzli siyasətini, Azərbaycana, Türkiyəyə, türk dünyasına qarşı həzmsizlik siyasətini ortaya qoyur", - J.Əliyeva vurğulayıb

Deputat əlavə edib ki, Azərbaycan 30 il işğal altında qalan torpaqlarını 44 gün ərzində azad edib. Bu gün bu torpaqlarda, bütün Azərbaycanımızda olduğu kimi, böyük quruculuq işləri həyata keçirilir:

"Ölkəmiz yüksək templə inkişaf edir. Əlbəttə ki, bu inkişafdan narahat olan qüvvələr var. 30 il müddətində münaqişəni bitməyə qoymurdular. Çünki Azərbaycanın inkişaf etməsindən qorxurdular. Bu gün də müharibədən sonra Azərbaycana hər vəchlə mane olmağa çalışırlar.

Bu günlərdə yola saldığımız, böyük bir uğurla, alnıaçıq ev sahibliyi etdiyimiz COP29 ərəfəsində, COP29 günlərində və COP29 bitdikdən sonra da bu şər qüvvələrin, bu şər, qərəz maşınının durmadan işləməsi, Azərbaycana böhtanlar, iftiralar yağdırması yenə də onların özlərinin böyük təşvişindən, Azərbaycanın gücü qarşısında keçirdikləri narahatlıqlardan xəbər verir".

O qeyd edib ki, sözügedən filmin hədəflərindən biri də Azərbaycanın ən böyük dostu olan Türkiyədir. Bu davranışlar həm Azərbaycana, həm də Türkiyəyə qarşı Qərbin, dünyanın qısqanclığının bariz nümunəsidir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 29 Noyabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri