Azərbaycana deport edilən Əfqan Sadıqov həbs edildi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hədə-qorxu ilə tələb etmədə ittiham olunan Əfqan Sadıqov həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib.
Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib.
Vəkilin sözlərinə görə, Əfqan Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə 2 000 lari (1 278 manat) məbləğində cərimə edilməsi, Gürcüstandan deportasiya olunması və 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib. Əfqan Sadıqov aprelin 5-də Gürcüstandan Azərbaycana deport edilib.
Baxış sayı:222
Bu xəbər 09 İyun 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















