İntizam Komitəsi klubları 12 min manatdan çox cərimələyib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 3 noyabr, AZƏRTAC
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının X turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, “Turan Tovuz” – “Sabah” matçı başa çatdıqdan sonra meydançaya kənar şəxsin daxil olması səbəbindən Tovuz klubu 2500 manat cərimələnib. Həmin qarşılaşmada “Sabah” komandasının beş futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə ödəyəcək.
“Qəbələ” – “Qarabağ” oyununda “Zona 1” ərazisində kənar şəxslərin olması “Qəbələ” klubuna 1000 manat cərimə tətbiqi ilə nəticələnib.
“Qarabağ”ın 9 nömrəli futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə Ağdam təmsilçisi 1500 manat cərimələnib. Bundan başqa, görüş başa çatdıqdan sonra “Qarabağ” azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi klubun daha 3000 manat cərimələnməsinə səbəb olub.
“Şamaxı” – “Neftçi” görüşünün fasiləsində meydançaya kənar şəxslərin daxil olması səbəbindən “Şamaxı” klubu 2500 manat cərimə edilib. Həmin oyunda “Neftçi” komandasının fotoqrafı tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə paytaxt təmsilçisinə 500 manat cərimə tətbiq olunub.
“Sumqayıt” – “Şəfa” qarşılaşmasında isə qonaq komandanın beş futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” klubu 700 manat cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 03 Noyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















