Icma.az
close
up
RU
Azərbaycana gətirilən yağlarda kanserogen maddə tapıldı XƏBƏRDARLIQ

Azərbaycana gətirilən yağlarda kanserogen maddə tapıldı XƏBƏRDARLIQ

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan bazarında satılan bitki yağlarında zərərli maddələrin tapılması qida təhlükəsizliyi mövzusunu ölkənin əsas müzakirə obyektinə çevirib. İdxal edilən məhsulların keyfiyyəti və laborator yoxlamaların dərindən aparılması məsələsi artıq həm rəsmi qurumların, həm də istehlakçıların diqqət mərkəzindədir. Xüsusilə palma yağı və onun tərkibindəki kanserogen birləşmələr ətrafındakı narahatlıq artmaqdadır. 
Dünya praktikasında bitki yağlarına, xüsusilə palma yağına münasibət birmənalı deyil. Avropa Birliyi ölkələrində bu yağın tam qadağan edilməsindən daha çox, tərkibindəki zərərli maddələrin (3-MCPD və qlisidil efirləri) miqdarına sərt limitlər qoyulub. Lakin bəzi ölkələr daha radikal addımlar atır. Məsələn, Şri-Lanka 2021-ci ildə palma yağının idxalını və ölkədəki mövcud plantasiyaların fəaliyyətini tamamilə qadağan edib. Hindistan və bəzi Cənub-Şərqi Asiya ölkələri isə yerli istehsalı qorumaq və sağlamlıq risklərini azaltmaq üçün idxal rüsumlarını artıraraq dolayı məhdudiyyətlər tətbiq edir.
Qida eksperti Fərid Səfərov Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür hallarda emosional “tam qadağa” çağırışı başa düşüləndir, amma məsələyə daha sistemli və hüquqi baxımdan yanaşmaq lazımdır.
“İdxal və satışa nəzarət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir. Effektiv nəzarət sərhəd yoxlamaları, mənşə sertifikatları, laborator analizlər (pestisid qalıqları, trans yağlar, 3-MCPD, qlisidil efirləri və s.), riskli istehsalçı və ölkələr üçün sıx yoxlamalar, daxili bazar nəzarəti, gözlənilməz reydlər, partiya nömrəsi ilə izləmə və geri çağırma mexanizmini əhatə etməlidir. Təhlükəli maddə aşkar edilərsə, məhsul dərhal satışdan yığışdırılmalı, ictimaiyyət rəsmi şəkildə məlumatlandırılmalı və istehsalçı ilə idxalçıya sanksiyalar tətbiq olunmalıdır" - deyə ekspert qeyd edib.
Ekspert əlavə edib ki, insan sağlamlığı üçün risk yaradan maddələr aşkarlanarsa, həmin partiyanın idxalı və satışı qadağan edilə bilər. Səfərov vurğulayıb ki, bitki yağında rast gəlinə biləcək təhlükəli maddələr arasında trans yağ turşuları (ürək-damar xəstəlikləri riski), 3-MCPD və qlisidil efirləri (kanserogen risk), pestisid qalıqları və ağır metallar vardır.
"Təkrar pozuntularda müvəqqəti və ya daimi idxal qadağası da tətbiq oluna bilər. Problem konkret partiyadadırsa, hədəfli qadağa daha məqsədəuyğundur; əgər problem ümumi keyfiyyət standartlarının zəifliyindədirsə, standartların sərtləşdirilməsi daha effektivdir. Tam qadağa həmişə ən optimal həll deyil, bazarda qiymət artımına və alternativ məhsullara süni tələbat yarada bilər, ticarət müqavilərində isə hüquqi mübahisələrə səbəb ola bilər" - o bildirib.
"Normadan dəfələrlə yüksək səviyyədə aşkarlanan maddə isə artıq ictimai sağlamlıq riskidir və dərhal müdaxilə tələb edir. Ən rasional yol təhlükəli partiyanın dərhal bazardan yığışdırılması, idxalçı və istehsalçıya qarşı inzibati tədbirlər, laborator nəzarətin sərtləşdirilməsi və təkrar risk varsa müvəqqəti və ya daimi idxal qadağasının tətbiqidir. Sağlam qidalanmaq və sağlam yaşamaq hər kəs üçün əsas hədəf olmalıdır”.
Qeyd edək ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın “Pşevıe inredinentı” müəssisəsinə məxsus palma yağı partiyasında təhlükəli kimyəvi çirkləndirici aşkar edərək məhsulun satışa çıxarılmasının qarşısını alıb. Laborator müayinələr zamanı yağın tərkibində normadan artıq 3-monoxlorpropan-1,2-diol (3-MCPD) maddəsi tapıldığı üçün həmin yükün məhv edilməsi və ya ölkədən çıxarılması barədə qərar qəbul edilib. Uzun müddət qəbul edildikdə insan orqanizminə toksiki təsir göstərən bu maddə ilə bağlı istehsalçı müəssisəyə rəsmi qadağa qoyulub və idxal prosesində nəzarət tədbirləri daha da sərtləşdirilib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Fevral 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri