Icma.az
close
up
RU
XƏBƏRDARLIQ! Rusiyadan Azərbaycana gələn pul azalacaq

XƏBƏRDARLIQ! Rusiyadan Azərbaycana gələn pul azalacaq

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son 3 il ərzində Rusiyadan Azərbaycana edilən pul köçürmələrinin həcmində kəskin azalma özünü göstərir. Statistikaya əsasən, pul köçürmələrinin həcmi 2022-cü ildə 3.6 milyard dollar, 2023-cü 1 milyard 47 milyon dollar, 2024-cü ildə isə 410 milyon dollar təşkil edib. Xüsusən 2023 və 2024-cü illər arasında radikal azalma diqqət çəkir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Rusiyadan gələn pul köçürmələrinin kəskin azalması və miqrantların bir çoxunun Azərbaycana qayıtması bir sıra problemlərə səbəb ola bilər:

“Əlbəttə, hər bir amil müəyyən təsirə malikdir. Rusiyadan gələn pul köçürmələrinin kəskin azalması və miqrantların bir çoxunun Azərbaycana qayıtması sözsüz ki, sosial təzyiq, problemlərin çoxalması kimi hallar yarada bilər. Düzdü, hələki Rusiyadan Azərbaycana birdəfəlik köçən miqrantların sayı o qədər də çox deyil. Amma məsələ burasındadır ki, bir tərəfdən Rusiyadan gələn vəsait azalır, digər tərəfdən, ölkə daxilində əhalinin gəlirləri azalır. 

Yəni statistikaya baxanda, gəlirlər nominal olaraq artsa da, burada real dəyərdən söhbət gedir. Məsələn, bir pensiyaçı bu ilin yanvar ayında ödənilən pensiyasına aldığı vasitələri gələn ilin eyni dövründə indeksasiya edilmiş vəsaitlə ala bilmir. Əslində gəlirlər ildən-ilə artır. Amma məsələ burasındadır ki, həmin gəlirlər real inflyasiyadan geri qalır. Tutaq ki, real inflyasiya 10 faizdir, hökumət isə bunu 3-4 faiz elan edir. İndeksasiya da buna uyğun şəkildə 34-4 faiz aparılır. Təəssüf ki, nə inflyasiyanı, nə də orta-aylıq əməkhaqqını alternativ ölçmə praktikası Azərbaycanda yoxdur. Real inflyasiya ilə rəsmi inflyasiya arasında böyük fərq var. Ona görə də əhalinin nominal gəlirləri ildən-ilə artsa da, real gəlirləri azalır”.

Ekspert qeyd edib ki, Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi bu il də azalmağa davam edəcək:

“Sözsüz ki, Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi bu il də azalmağa davam edəcək. Ola bilsin ki, bu il azalma daha çox hiss olunsun. Bu həm də geosiyasi proseslərdən asılı olacaq. Əgər Rusiyaya qarşı sanksiyalar ciddiləşəcəksə, gəlirlər təbii olaraq, azalacaq. Amma Trampın vəd etdiyi kimi sanksiyalarda yumşalmalar olarsa, ola bilsin ki, köçürmələrin həcmi yenidən arta bilsin. Amma fikrimcə, Rusiyaya olan təzyiqlər daha da artacaq. Hazırda dünya bazarında neftin qiymətinin ucuzlaşdırılması istiqamətində də işlər gedir. Məlum olduğu kimi, Rusiyanın əsas gəlir mənbəyi neft və qazdır. Bunlara qarşı sanksiyalar güclənəcəksə, Rusiyada vəziyyət bir az da gərginləşəcək. Rusiyada vəziyyətin gərginləşməsi isə Azərbaycana pul köçürmələri ilə tərs mütənasibdir. Orada vəziyyət gərginləşdikcə, pul köçürmələri də azalacaq”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri