Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Azərbaycana Paşinyan yox, sülh lazımdır

Azərbaycana Paşinyan yox, sülh lazımdır

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya mediası Moskva ilə Ermənistan arasında münasibətlərin pisləşməkdə davam edəcəyini yazıb.

Hətta qeyd edilir ki, proseslər Gümrüdə Rusiya hərbi bazasının mövcudluğu məsələsinin gündəmə gətiriləcəyi nöqtəyə doğru gedir. Rusiya daxili pasportu ilə Ermənistana girmək çox güman ki, tezliklə mümkün olmayacaq. 

“Əslində, bu iki amil İrəvanın heç bir referendum keçirmədən Avropa İttifaqı (Aİ) və Moskva arasında seçim etməsinin sübutu olacaq. Aİ qanunları Şengen ölkələri olmayan dövlətlərlə universal sərhəd nəzarəti təmin edir.

Sadə dillə desək, viza rejimi. Aİ üzvlüyünə müraciət edən bir ölkənin ərazisində, Avropa üçün praktik olaraq əsas təhlükə kimi tanınan bir dövlətin qoşunlarının olması xüsusilə, münasib deyil. 

Beləliklə, bu qarşıdurma çox uzağa gedə bilər”, - deyə “Kommersant” qəzeti yazır.Qeyd edilən təhlil Rusiya-Ermənistan münasibətlərində parlament seçkilərindən əvvəl artan temp üzrə gedən gərginliyin yaxın vaxtlarda azalmayacağını göstərir.

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra Rusiya ilə münasibətləri nizamlaya biləcəyinə ümid edirdi. Lakin Ermənistanda Avropa İttifaqına üzvlük tərəfdarlarının qələbə qazanması Rusiya ilə ziddiyyətlərin daha da dərinləşməsinə səbəb oldu.

Ona görə də seçkidən öncə iqtisadi müstəvidə müşahidə olunan fikir ayrılığı son vaxtlar Rusiya-Qərb münasibətləri kontekstində geosiyasi qarşıdurma formasına keçib.

Rəsmi Moskva Ermənistanın Avropa İttifaqına üzvlük kursunun Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi qurumlardan çıxmasına gətirib çıxaracağından narahatdır.

Bu da Rusiyanın Cənubi Qafqazdakı maraqlarına zərbə vurmaqla yanaşı, siyasi lokomotivi olduğu qurumların dağılmasına təkan verə bilər.

Eyni zamanda, Rusiya “Tramp marşrutu”nun, yəni Zəngəzur dəhlizinin reallaşmasını Avrasiya İqtisadi İttifaqı məkanının bölünməsi hesab edir. 

Ona görə də Moskva “Ermənistanın Avropa İttifaqına üzv olması prosesinin başladılması” haqqında 2025-ci ilin mart ayımnda qəbul etdiyi qanuna hüquqi cəhətdən xitam verməyi, Avrasiya İqtisadi İttifaqında fəaliyyəti konstitusiyada təsbit etməyi tələb edir. 

Həmçinin, Rusiya Gömrük İttifaqının qanunlarına əməl etmək adı altında Nikol Paşinyan hakimiyyətinin qarşısında TRIPP layihəsinin inşasını dayandırmaq şərtini irəli sürür.

Ona görə də Rusiya Ermənistan hakimiyyətinə qarşı həm xarici, həm də daxili təzyiqləri işə salır. Əgər Ermənistan məhsullarının Rusiyaya ixracının qarşısınına alınması xarici amil kimi çıxış edirsə, Kremlin revanşist müxalifətə dəstəyi daxili faktor kimi çıxış edir.

2026-cı ilin noyabr ayında Ermənistanın KTMT-nin strukturlarında səsvermə hüququndan məhrum ediləcəyinə dair Rusiya tərəfinin açıqlaması da bu qəbildəndir. 

Nikol Paşinyanın gedişləri Rusiyanın seçkilərdə məğlub olmuş Ermənistan müxalifətinə dəstəyini dayandıracağına və real vəziyyəti nəzərə alaraq hakimiyyətlə əməkdaşlığı davam etdirəcəyinə hesablanmışdı.

Buna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinin indiyə qədər Paşinyanı qələbə münasibətilə təbrik etməməsi rəsmi Moskvanın seçkilərin nəticələrini tanımamaq istəyindən xəbər verir.

Yəni Putin Ermənistanın Avropa İttifaqını seçəcəyi təqdirdə, Paşinyanı hakimiyyətdən salmaq üçün hərəkətə keçəcəyi ilə təhdid edir. Bu, eyni zamanda Azərbaycanla Ermənistan arasında formalaşmış sülh prosesini pozmaq cəhdi deməkdir.

Eks-prezident Robert Köçəryanın “Ermənistan” blokunun deputatı İşxan Saqatelyanın Paşinyan hakimiyyətinin Konstitusiyanı dəyişməyə və sərhədlərin delimitasiyası çərçivəsində ərazi güzəştlərinə hazırlaşması barədə açıqlaması sülh müqaviləsini əngəlləmək istəyən qüvvələrin revanşist müxalifətdən istifadə etmək niyyətindən xəbər verir.

Yaxud, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın qardaşı oğlu və deputat Narek Karapetyan Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik tələbinin əleyhinə çıxıb.

Göründüyü kimi, payız aylarına proqnozlaşdırılan Konstitusiya referendumu və sülh müqaviləsi Rusiyanın dəstəklədiyi müxalifətin müqaviməti ilə rastlaşacaq. 

Müxalifətin sosial bazası zəif olsa da, daxili təzyiqlər fonunda Paşinyanın siyasi ritorikanı dəyişməsinə və hakimiyyəti saxlamaq üçün sərt kursa üstünlük verməsinə səbəb ola bilər. 

Lakin Azərbaycana Paşinyanın hakimiyyətdə olması deyil, sülhün baş tutması üçün real addımlar atması lazımdır. Əks təqdirdə, Paşinyanın növbəti müddətə baş nazir olması sülh prosesinə fayda verməyəcək. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri