Icma.az
close
up
RU
Paşinyan “topu” Azərbaycana atır?

Paşinyan “topu” Azərbaycana atır?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Dərhal diqqət Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə yönəldilməlidir”.

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial mediada yayılmış videomüraciətində belə deyib. “Bu, baş verən kimi, yəni müqavilənin imzalananda deyə biləcəyik ki, Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq”,- deyə Baş nazir əlavə edib. 

Paşinyan müqavilənin imzalanmasına “Tarixi ilk dəfə təkrarlamır, yaradırıq” açıqlaması kontekstində baxdığını vurğulayıb. Nikol Paşinyanın oktyabrın 8-də Türkmənbaşıda Azərbaycan Prezidenti ilə qeyri-rəsmi görüşündən sonra belə bir açıqlama ilə çıxış etməsi hər iki liderin sülh müqaviləsinin imzalanmasının vacibliyi barədə söhbət etdiyini deməyə əsas verir. Yəni Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bu istiqamətdə real addımlar atmaqla sübut etməlidir. 

Söhbət Ermənistan Konstitusiyasına dəyişiklik edilməsindən və Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan preambula hissəsinə hüquqi xitam verilməsindən gedir. Paşinyan hakimiyyəti 2026-cı ilin sonuna qədər Ermənistanın yeni konstitusiyasının mətnini dərc edəcəyini bəyan edib. Bu baxımdan, noyabr və ya dekabr ayında rəsmi İrəvanın yeni konstitusiyanın mətnindən Müstəqillik Bəyannaməsinə istinad hissəsini nəzərdə tutan preambulanı çıxarıb-çıxarmayacağı məlum olacaq. 

Paşinyan özü son aylar verdiyi açıqlamalarında Müstəqillik Bəyannaməsinə istinadı konstitusiyada saxlamağın Azərbaycana və Türkiyəyə qarşı müharibə elan etmək mənasına gəldiyini deyib. 

Ona görə də Baş nazir Ermənistanın yenidən münaqişələrə cəlb edilməməsi üçün prezmbulanın ləğvinin vacibliyini qeyd edib. Yeni konstitusiyanın mətinin dərcindən sonra Paşinyanın bu vədinə nə qədər əməl edəcəyini dəqiq demək olar. Lakin Ermənistan yeni konstitusiyanın hüquqi qüvvəyə malik olması üçün referendum keçirməlidir.

Əgər cari ilin sonuna qədər yeni konstitusiya layihəsi ictimaiyyətin müzakirəsinə təqdim olunsa, 2027-ci il fevralın sonu, mart ayının əvvəlinə qədər, yəni qanunvericiliyə uyğun olaraq, 50 gündən tez və 65 gündən gec olmayaraq ümumxalq səsverməsi keçirilə bilər. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə konstitusion çoxluğa malik olmasa da, Seçki Məcəlləsinə və “Referendum haqqında” Qanuna edilmiş düzəlişlərə görə son 730 günün ən azı 366 gününü Ermənistan ərazisində daimi yaşamış vətəndaşlar səs vermək hüququndan istifadə edə bilər. Bu isə xaricdə yaşayan və daha çox revanşist erməni diasporuna bağlı olan seçiciləri referendumda iştirakdan məhrum edir. 

Beləliklə, Paşinyan yeni konstitusiyanın qəbuluna nail ola bilər. Yəni qarşıdakı aylar Ermənistanın Baş naziri üçün siyasi sınaq kimi qiymətləndirilir. Onun sülhün əldə edilməsində maraqlı olub-olmadığı barədə 2027-ci ilin fevral ayına qədər daha dəqiq proqnoz vermək olar. İndiki vəziyyətdə Paşinyanın sülh müqaviləsinin imzalanması və ratifikasyasının vacibliyindən danışması Ermənistan cəmiyyətini referenduma hazırlamaq cəhdi kimi başa düşülə bilər. Əgər Paşinyan konstitusiya dəyişikliklərindən yayınarsa, o zaman bu açıqlamanın “topu” Azərbaycan tərəfinə ötürmək məqsədi daşıdığı aydın olacaq. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: sülh müqaviləsi Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see919

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see381

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see333

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see321

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see297

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see289

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see252

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see251

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see232

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see211

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see206

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see199

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see197

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see197

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see195

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see182

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see177

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri