Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır Natiq Məmmədli
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Azərbaycan informasiya məkanı daim təhdidlərlə üzləşir. İnformasiya cəbhəsində heç vaxt atəşkəs olmur. Bu baxımdan biz COP29 tədbirinə ev sahibliyi zamanı gördük ki, Azərbaycanın informasiya məkanında avtoritetliyi artdıqca, ona qarşı təhdidlər də artır.
Redaktor.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, COP29 təcrübəsi göstərdi ki, Azərbaycan mediası öz işini operativ və peşəkar qurur. Təhdidlərə cavab verə bilmək üçün də bu, belə də olmalıdır. Bu baxımdan Azərbaycan mediasında peşəkarlıq problemi yoxdur.
N.Məmmədli, həmçinin əlavə edib ki, bu il Azərbaycan mətbuatının yaranmasının 150 illiyi münasibətilə Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən bir sıra tədbirlər keçiriləcək. O bildirilib ki, bu tədbirlərdə məqsəd, ilk növbədə, milli mətbuat dəyərlərinin təbliğ edilməsi və Azərbaycan milli jurnalistikasının əsas prinsiplərinin cəmiyyətə aşılanmasıdır. Hesab edirik ki, bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən maraqla qarşılanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 02 May 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















