Icma.az
close
up
RU
Azərbaycana qarşı yeni təxribat: Kirill düşmənin “dəyirman”ına su tökür

Azərbaycana qarşı yeni təxribat: Kirill düşmənin “dəyirman”ına su tökür

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Kilikiya Evinin katolikosu I Aramın Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ilə Astanada keçirilən görüşü Azərbaycana qarşı siyasi təxribata xidmət edib. 

Dünya və Ənənəvi Dinlər Liderlərinin VIII Qurultayında iştirak etmək üçün Qazaxıstana dəvət olunan I Aram və Patriarx Kirill tədbirin mövzusundan daha çox Azərbaycanda erməni separatizminin bərpasının vacibliyini müzakirə ediblər. 

Hətta I Aram Patriarx Kirili özünün siyasi şovinizminə qoşması azmış kimi, Rusiya Prezidenti Vladimir Putindən də kömək istəyib.  Belə ki, dini liderlər Qarabağın Azərbaycan tərəfindən “zəbt edilməsi”, Azərbaycandakı erməni kilsələrinə və tarixi abidələrinə və mədəni irsinə münasibət, eləcə də Bakıda həbsdə olan hərbi cinayətkarları ilə bağlı vəziyyəti müzakirə ediblər.

Hətta I Aram və yaxın dostu Patriarx Kirill Qarabağı “Artsax”, Bakıda məhkəməsi gedən hərbi cinayətkarları isə “Artsax” siyasətçiləri və ictimai xadimləri”  adlandırıblar. 

Erməni kilsəsinin Azərbaycana qarşı terrorçuluğa və separatizmə dəstək verdiyini nəzərə alsaq, I Aramın bu təxribatçı hərəkəti yol verməsi gözləniləndir. Qəribə görünən Rusiya Patriarxının bu məsələdə düşmən “dəyirman”ına su tökməsidir. 

Katolikos Kirilə və Prezident Putinə müraciət edərək Patriarx Kirildən Azərbaycan rəsmi dairələri ilə danışıqlarda “Artsax”ın dini və mədəni irsinin təhlükəsizliyinin təmin edilməsi, habelə erməni məhbusların vaxtından əvvəl azad edilməsi üçün lazımi səylər göstərməsini xahiş edib. 

I Aram bildirib ki, Patriarx Kirill buna nail olsa, erməni xalqı ona dərin minnətdar olacaq.

Maraqlıdır, Rusiya Patriarxının Azərbaycandan belə bir xahiş etməyə haqqı varmı? 30 il davam edən işğal dövründə Azərbaycana məxsus dini abidələrin dağıdılmasını bir dəfə qınamayan Kirill indi hansı erməni mədəni irsindən və abidəsindən danışır?

Əgər ona maraqlıdırsa, buyurub baxa bilər. Qarabağda nə bir erməni kilsəsi dağıdılıb, nə də bir məzarlıq. Separatçı rejimə məxsus qondarma parlament və ya nazirlik binasının sökülməsi isə nə mədəni irsdir, nə də abidədir. Ancaq işğal dövründə ermənilər məscidləri tövləyə çevirəndə, alban kilsələrindən silah anbarı kimi istifadə edəndə, həmin kilsələrin üzərinə saxta xaçlar vurub öz adlarına çıxanda nədənsə Rusiya Patriarxı susmağa üstünlük verirdi.

Kirill onu da bilməmiş deyil ki, ermənilər yalnız azərbaycanlılara məxsus məzar daşlarını dağıtmayıb, həm də dəfn olunmuş insanların qalıqlarını belə çıxararaq təhqir edib. Rusiya Patriarxı azərbaycanlı olduğuna görə mülki əhaliyə qarşı soyqırım törətmiş, etnik təmizləmə aparmış canilərin azadlığa buraxılmasını hansı haqla təmin edə bilər? Nə Kirilin, nə də Rusiya Prezidentinin bu məsələdə Azərbaycanın daxili işlərinə qarışmaq səlahiyyəti yoxdur. 

Hər iki dini liderin görüşməsinin pərdəarxası məqamlarına diqqət yetirsək, bu təxribatçı müzakirələrin səbəbi aydın olar. Erməni Apostol Kilsəsinin katalikosu II Qareginə xaç atalığı edən I Aram görünür, Nikol Paşinyan hökuməti ilə mübarizədə Patriarx Kirildən dəstək istəyib.

Hər iki tərəf Nikol Paşinyanın hakimiyyətdən devrilməsində, sülh prosesinin pozulmasında və münaqişənin yenidən bərpasında maraqlı görünür. Ona görə də Kiril I Aramın müraciətini məmnuniyyətlə qəbul edib. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Patriarxı Kirill

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see225

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see165

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri