Azərbaycana turist axını 4 % artıb
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar ayında Azərbaycana 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.
“Report” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox turist 41 490 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (31 632 nəfər), 3-cü yerdə isə Hindistan (17 073 nəfər) qərarlaşıb.
Bundan başqa, ay ərzində İrandan 15 min, Gürcüstandan 8,7 min, Səudiyyə Ərəbistandan 6,1 min, Qazaxıstandan 5,5 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Pakistandan 5,2 min, Küveytdən 3,7 min, Özbəkistandan 2,9 min, Türkmənistandan 2,8 min, Çindən 2,6 min, Ukraynadan 2,4 min, İsraildən 2 min turist gəlib.
Baxış sayı:151
Bu xəbər 06 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















