Azərbaycana xarici investisiya qoyuluşu kəskin artıb
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 664,958 milyon manat vəsait yönəldilib.
Globalinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 3 milyard 592,6 milyon manatı (97,9 %-i) Böyük Britaniya, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, 11 ayda Azərbaycanda əsas kapitala 16 milyard 658,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,5 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 8,3 % artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 13 Dekabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















