Icma.az
close
up
RU
Azərbaycana “yağ kimi” gələn ölüm

Azərbaycana “yağ kimi” gələn ölüm

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycanda yağ bazarı hər zaman tələbatlı sahələrdən biri olub. 

Lakin son dövrlərdə bazarda satışa çıxarılan yağların tərkibinin dəyişdirilməsi nəticəsində keyfiyyətsiz məhsullar getdikcə artıb. Tərkibi dəyişdirilən yağlar insan sağlamlığına zərər verə və bəzi xəstəliklərin, hətta qəfil ölümlərin artmasına təsir göstərə bilər. 

Qida Təhlükəsizliyi Agentliyi bazarlarda yağlarla bağlı yoxlamalar aparsa da, nəticələrin açıqlanmaması və dəfələrlə ünvanlanan sorğuların cavabsız qalması cəmiyyətdə şübhələri daha da gücləndirir və insanlar arasında narahatlığı artırır. 

Mütəxəssislər də deyirlər ki, trans yağlar insan orqanizminə mənfi təsir göstərir. Onların mübadiləsi orqanizmdə adekvat getmir, parçalanma məhsulları damar divarına çökərək damarların erkən tıxanmasına səbəb olur. Trans yağlar gövşəyən heyvanların (inək, qoyun, dəvə) orqanizmində təbii halda yaranır. Habelə bitki yağlarının rafinə edilməsi zamanı da trans yağların əmələ gəlməsi məlumdur. 

Belə ki, rafinasiya prosesindən sonra duru yağlarda 3,5 %-dən çox trans izomerin yarandığı müəyyən edilmişdir. Hətta məişətdə qidaların qızardılması zamanı istifadə olunan yağlarda da trans yağ turşularının əmələ gəldiyi məlumdur. Sənaye üsulu ilə alınmış yağlar daha çox hazır qida sənayesində istifadə olunur. Son zamanlar hazır qida məhsullarının istehlakının artımını nəzərə alsaq, tərkibində trans yağlar olan ərzaqları tanımaqla sağlamlığımızın qeydinə qala bilərik. 

Trans yağlardan daha çox fastfud (hamburger, pitsa, səhər yeməyi üçün hazır qidalar, qəlyanaltılar (snack)), peçenye, çipsi, vafli, kreker, şokolad, konfet, marqarin, qızartma yağları, qat-qat xəmir, keks, biskvit, sous, mayonez istehsalında istifadə olunur. Gündəlik qida rasionunda trans yağ turşularının qəbulu müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. 

Trans yağ turşuları sis yağ turşuları ilə müqayisədə daha yuxarı temperaturda (25±5°C) əridiyindən qidalanma fiziologiyası və ürək-damar xəstəlikləri baxımından mənfi təsirə malikdir. Belə ki, trans yağlar aşağı sıxlıqlı lipoproteini (“zərərli” xolesterol) artırıb, yuxarı sıxlıqlı lipoproteini (“xeyirli” xolesterol) azaltmaqla ürək-damar xəstəliklərinin yaranmasına, maddələr mübadiləsinin pozulmasına və piylənməyə səbəb olur. Həmçinin, trans yağ turşuları orqanizmin hüceyrələrində insulinə qarşı rezistentlik əmələ gətirərək diabetə meylliliyin yüksəlməsinə, aterosklerozun və xroniki iltihabi proseslərin inkişafına şərait yaradır. 

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəlikləri riskini 21 %, ölüm riskini isə 28 % artırır. Bundan başqa, trans yağ turşuları hüceyrələrin fosfolipid membranının strukturunda dəyişikliklərə, immun sistemin, görmə qabiliyyətinin zəifləməsinə, Alzheimer xəstəliyinin yaranma riskinin yüksəlməsinə səbəb olur. 

Aparılan araşdırmalar göstərir ki, trans yağ turşuları orqanizmin reproduktiv (nəsiltörətmə) qabiliyyətinə mənfi təsir edərək həm qadın, həm də kişilərdə sonsuzluğun yaranmasına, hamilə qadınlarda dölün inkişafına mənfi təsir edir. Böyüməkdə və inkişafda olan uşaq orqanizmində bu yağlar birbaşa mərkəzi sinir sistemində pozuntuların yaranmasına səbəb olur. Trans yağ turşularının ana südü vasitəsilə anadan körpəyə keçdiyi də sübut olunub. 

Mövzu ilə bağlı “Cümhuriyət” -ə açıqlama verən həkim Adil Qeybulla bildirib ki, keyfiyyətsiz yağlar bir çox xəstəliklərə yol aça bilər:

“Keyfiyyətsiz yağların orqanizmə mənfi təsirləri var. Əvvəla, onu qeyd etmək lazımdır ki, trans yağların, ümumiyyətlə, orqanizm üçün təhlükəsi daha çoxdur. 

Birmənalı şəkildə deyə bilərik ki, bu yağların mübadiləsi orqanizmdə adekvat baş vermir. Əksinə, onların parçalanma məhsulları damar divarına çökür və damarların erkən tıxanmasına gətirib çıxarır. Hətta kərə yağından çox istifadə edən şəxslərdə adekvat hərəkət də vacibdir, çünki məhsulların yanması üçün hərəkət lazımdır”. 

Həkim qeyd edib ki, keyfiyyətsiz yağlar erkən bioakardiom və erkən yaşda insult riskini artırır: 

“İnsanların indiki tənbəl həyat tərzi nəticəsində trans yağlardan istifadə edilmiş məhsullardan daha çox istifadəsi əlbəttə ki, erkən ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Bu, erkən bioakardiom və erkən yaşda insult riskini artırır. Belə genofond zərbələri orqanizm üçün ciddi təhlükə yaradır. 

Ona görə hesab edirəm ki, mümkün qədər çalışmaq lazımdır ki, keyfiyyətsiz yağlardan uzaq duraq, aktivləşək və az qida ilə daha çox hərəkət edək. Bütün bunlar əsas məsələlərdir. O ki qaldı trans yağlara, onların orqanizmə zərəri sübuta yetirilib və bu mövzu ilə bağlı bütün dünyada müzakirələr gedir. Ümumiyyətlə, tərkibi bilinməyən keyfiyyətsiz yağlardan uzaq durmaq vacibdir”. 

Gülər
"Cebheinfo.az" 

Açar sözlər: yağ ölüm Adil Qeybulla

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri