Icma.az
close
up
RU
Azərbaycançılığın nəzəriestetik qaynaqları

Azərbaycançılığın nəzəriestetik qaynaqları

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycançılıq təlimi XX əsrin əvvəllərindən milli ideologiyanın tərkib hissəsi kimi diqqət mərkəzinə çəkilib. Hələ siyasi təfəkkürün cəmiyyətin bütün zümrələrində dərk edilmədiyi bir zamanda bu ideologiyanın formalaşmasında mətbuat öncül mövqe tutub.

Filologiya elmləri doktoru, professor Allahverdi Məmmədlinin yenicə çap olunmuş “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” (Bakı, Şərq-Qərb, 2024, 316 s.) adlı monorafiyasında göstərildiyi kimi, hətta satirik mətbuatın hədəfləri içərisində də milli özünüdərk problemi, milli kimlik, azərbaycançılıq təlimi ən əsas məsələlərdən idi. Bu cəhətdən “Molla Nəsrəddin” jurnalı və onun ətrafında toplaşan müəlliflərin yaradıcılığı azərbaycançılıq ideologiyasını və milli düşüncə stereotiplərini formalaşdırırdı. Bildiyimiz kimi, “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilərin yaradıcılığı ətraflı tədqiq edilsə də, məhz azərbaycançılıq ideyası konseptual şəkildə araşdırılmamışdı. Bu mənada, monoqrafiya bir çox cəhətdən əhəmiyyətlidir.

Allahverdi Məmmədli “Azərbaycançılıq və mollanəsrəddinçilik” təlimini nəzəri istiqamətdə – azərbaycançılığın əsas prinsipləri, ictimai və elmi-ədəbi fikirdə təzahürü kontekstində tədqiq edir. Azərbaycançılığın ictimai-siyasi, ədəbi-mədəni əsaslarını təşkil edən faktorlar var ki, bunlar içərisində milli şüurun oyanması, milli kimlik problemləri, vətən, millət, Azərbaycan dili anlayışları mühüm yer tutur. Bu dəyərlərin azərbaycançılığın əsasını təşkil etməsində satirik publisistikanın da rolu böyükdür. Müəllif çox doğru olaraq azərbaycançılığın əsas prinsiplərini müəyyənləşdirərkən bu amillər üzərində dayanır və onun milli təlim kimi formalaşmasında “Molla Nəsrəddin” və mollanəsrəddinçilərin rolunu aydınlaşdırır. Tədqiqatçı belə bir qənaətində haqlıdır ki, “Mollanəsrəddinçilər ətrafına toplaşdıqları satirik jurnalda bir çox istiqamətdən bu məsələləri – milli özünüdərki, milli özünəqayıdışı önə çəkir və bütövlükdə, kiçik insanı böyük amal uğrunda mübarizəyə hazırlayırdılar. Bu məktəbin nümayəndələri azərbaycançılığın ifadəsində yaradıcılığın, ədəbi-bədii sənətin bütün növlərindən istifadə edirdilər”.

Tədqiqatçı M.F.Axundzadə, Q.Zakir, S.Ə.Şirvani, H.Zərdabi, Ünsizadə qardaşları və başqalarının yaradıcılığında ilkin ideya olaraq təşəkkül tapan azərbaycançılıq ideyasının XX yüzilin əvvəllərində məhz satirik publisistika sayəsində yeni bir mərhələyə daxil olmasını faktlarla əsaslandırır. “Mollanəsrəddinçilik təlimi” yarımfəslində sözügedən ədəbi məktəbin azərbaycançılıq ideyasının formalaşmasındakı mövqeyini düzgün müəyyənləşdirir və onun milli-lideoloji konsepsiya səviyyəsinə yüksəlməsinə nəzər yetirir. “Molla Nəsrəddin” ədəbi məktəbi və azərbaycançılığın yeni mərhələsi” fəsli də problematikanın qoyuluşu baxımından yenidir. Dörd bölümdən ibarət olan bu fəsildə Molla Nəsrəddin ədəbi məktəbinin prinsipləri, estetik idealın yaxınlığı, əsas xüsusiyyətləri, nəşri yolları kimi məsələlər arşdırılır. Tədqiqatçı diqqəti “Molla Nəsrəddin”in prosesi formalaşdıran, ona böyük təsir göstərən və funksionallığını artıran ədəbi məktəb olmasına yönəldir.

Şübhəsiz, “Molla Nəsrəddin” və mollanəsrəddinçilərin azərbaycançılıq ideyası uğrunda apardığı mübarizənin əsasında ana dili problemi dayanırdı. İlk saylarından “açıq türk dilində” yazmağı əsas amalı hesab edən jurnal axıradək bu mövqeyinə sadiq qalaraq dilin təmizlənməsi, formalaşması və inkişafı yolunda mübarizəsini davam etdirdi. Tədqiqatçı çox doğru olaraq, mollanəsrəddinçilərin ana dili ilə bağlı mübarizəsini azərbaycançılığın təməl prinsiplərindən biri hesab edir. Jurnalın yayılma arealının genişliyi, mövzu, problematika zənginliyi, milli özünüdərkin rolu azərbaycançılıq idealını zənginləşdirən amillərdəndir.

Müəllif istər Tiflisdə, istər Təbrizdə, istərsə də Bakıda nəşr olunarkən “Molla Nəsrəddin”in azərbaycançılıq ideyasına sadiq qaldığını göstərir. Yaxşı haldır ki, tədqiqatçı azərbaycançılığın keçdiyi mərhələləri də müəyyənləşdirməyə çalışır və onu milli ideya axtarışları yolunda atılmış yeni bir mərhələ kimi dəyərləndirir.

Azərbaycançılığın mollanəsrəddinçilərin fəaliyyəti kontekstində araşdırılması həm də bu ədəbi məktəbin bir ideya (müstəqillik) ətrafında çalışdığını göstərir. Tədqiqatçı onların yaradıcılığına da nəzər yetirir və ayrılıqda hər birinin azərbaycançılıq xəttini təhlil edir. C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.S.Ordubadi, Ü.Hacıbəyli, Ə.Haqverdiyev, M.Ə.Sabir və başqalarının yaradıcılığında üslub, mövzu, problematika yaxınlığı olduğu kimi, ideya yaxınlığı da mövcud idi. Bu cəhətə diqqət verilməsi tədqiqatın məzmununu daha da artırmış olur. C.Məmmədquluzadənin “Azərbaycan” məqaləsinin azərbaycançılıq ideyasının yeni mərhələdə proqramı kimi təhlil edilməsi tamamilə doğrudur. Məqalədə yalnız Azərbaycanın tarixi və coğrafi ərazisi müəyyənləşdirilmir, həm də azərbaycançılıq ideologiyasının xəritəsi çəkilir.

Monoqrafiyanın “Mollanəsrəddinçi şairlərin yaradıcılığında azərbaycançılıq” fəslində M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Qəmküsar, M.Möcüz, B.Abbaszadə, Ə.Razi Şamçızadə və başqa satirik şairlərin yaradıcılığında azərbaycançılıq ideyası izlənilir. Bu fəsildə Mirzə Məhəmməd Hatif Axundov, Məşədi Həbib Zeynalov, Mirzə Cabbar Əsgərzadə, Əli Məhzun Rəhimov, Məmmədəli Nasir, Hacı Məhəmmədzadə və başqa şairlərin və felyetonçuların yaradıcılığı da ilk dəfə olaraq tədqiqata cəlb edilir. Tədqiqatda karikatura ustalarına yer verilməsi problemin tam olaraq araşdırılmasına geniş imkanlar yaradır. Oskar Şmerlinq, İozef Rotter, Əzim Əzimzadə, Xəlil Musayev, İsmayıl Axundov, Hüseyn Əliyev, Əli Behzad, Mirzə Məmmədəli Nəqqaş və başqa rəssamların karikaturalarında problemin tədqiqi azərbaycançılıq ideyasının “Molla Nəsrəddin”də bütün janrlar üzrə ifadəsini tapmışdır. Jurnalın 25 il ərzində dərc etdirdiyi karikaturalar xalqın milli mübarizəsinin və azərbaycançılıq ideyasının daha aydın şəkildə göstərir.

Tədqiqatçı A.Məmmədli azərbaycançılıq ideyasının keçdiyi mərhələləri araşdırarkən onun ədəbi-ictimai fikir sistemindəki yerini, mövqeyini də müəyyənləşdirməyə nail olur. Məhz bu ideyanın yayılması, nəzəri və praktik cəhətdən öz həllini tapması zəminində Azərbaycanda maarifçilik, tənqidi realizm, romantizm hərəkatının gücləndiyi və yeni tarixi şəraitdə millətin yeganə ideyası kimi formalaşmasına imkan verir. Hətta müstəqilliyə gedən yolda azərbaycançılıq ideyasının milli hərəkat və milli özünüdərk prosesinin hərəkətverici qüvvəsi olması ilə bağlı araşdırmalar faktlarla əsaslandırılır.

Ümumiyyətlə, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədlinin “Azərbyacançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” monoqrafiyası yalnız ədəbiyyatşünaslıq deyil, həm də milli ideologiyamız və bədii-estetik dəyərlərimiz üçün də dəyərli nəticələr müəyyənləşdirir. Azərbaycançılıq ideyasının yaranması, təşəkkülü və təzahür formaları ilə bağlı zəngin faktlardan, nümunələrdən istifadə edilmiş əsər çağdaş elmi düşüncə və nəzəri-estetik qaynaqlar baxımından da olduqca əhəmiyyətlidir.

Bədirxan ƏHMƏDLİ,
filologiya elmləri doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri