Payızda orqanizmə güc verən 3 MƏHSUL
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Payız aylarında immuniteti dəstəkləmək üçün qida rasionuna kivi, balqabaq və yağlı balıqların daxil edilməsi tövsiyə olunur.
Bizim.Media xəbər verir ki, bunu “NEWS.ru”ya dietoloq-mütəxəssis Olqa Yablokova bildirib.
Onun sözlərinə görə, gün işığının azalması ilə əlaqədar payızda orqanizmin ehtiyac duyduğu vitaminləri qida vasitəsilə qəbul etmək xüsusilə vacibdir.
Mütəxəssis qeyd edib ki, kivi C vitamini ilə zəngin meyvələrdən biridir: “Orta ölçülü bir kivi gündəlik C vitamini ehtiyacını ödəyə, həmçinin orqanizmi kalium, lif və antioksidantlarla təmin edə bilər. C vitamini immun hüceyrələrinin fəaliyyətini dəstəkləyir və dəmirin mənimsənilməsinə kömək edir”.
Yablokovanın sözlərinə görə, balqabaq orqanizmdə A vitamininə çevrilən beta-karotinlə zəngindir. Bu vitamin selikli qişaların və görmə qabiliyyətinin sağlamlığı üçün vacibdir. Balqabağın tərkibində həmçinin həzm sisteminin fəaliyyətinə, su balansına və sinir sisteminə faydalı olan lif, kalium və maqnezium var.
“Qızılbalıq, skumbriya, siyənək və sardina kimi yağlı balıqlar isə omeqa-3, D vitamini və keyfiyyətli zülal mənbəyidir. Omeqa-3 xroniki iltihabı azaltmağa, D vitamini immun sisteminin və əhval-ruhiyyənin tənzimlənməsinə, zülal isə immun hüceyrələrinin və bütövlükdə orqanizmin normal fəaliyyəti üçün zəruri olan maddələrin təmininə kömək edir”, - deyə dietoloq qeyd edib.
Mütəxəssis bu məhsulların tərəvəz, göyərti, paxlalılar və tam taxıllı məhsullarla birlikdə qəbul edilməsinin daha müxtəlif və balanslı qidalanma yaratdığını bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 Sentyabr 2026 04:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















