“Avroviziya” təşkilatçıları Qazaxıstanın müraciətini rədd etdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” dövlət teleradio şirkətinin “Avroviziya” mahnı müsabiqəsində iştirak etmək üçün təqdim etdiyi müraciəti rədd edib.
“Qafqazinfo” xəbər verir ki, təşkilatın rəsmi bəyanatında Qazaxıstanın Avropa yayım zonasından kənarda yerləşdiyi, Avropa Şurasının üzvü olmadığı və bu qurum yanında müşahidəçi statusuna malik olmadığı diqqətə çatdırılıb.
Eyni zamanda, “Avroviziya”nın direktoru Martin Qrin Rusiyanın müsabiqəyə qayıtması ilə bağlı hazırda heç bir müzakirənin aparılmadığını bəyan edib.
O vurğulayıb ki, Rusiya yarışmadan Ukraynadakı hərbi əməliyyatlara görə deyil, dövlət yayımçısı VQTRK-nın hakimiyyətdən müstəqil olmasına dair heç bir sübut təqdim edilmədiyi üçün kənarlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 11 Sentyabr 2026 05:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















