Icma.az
close
up
RU
Azərbaycançılığın prinsipləri: fəlsəfi təhlil

Azərbaycançılığın prinsipləri: fəlsəfi təhlil

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

I MƏQALƏ

Hürriyyətpərvərlər ölkəsi

1906-cı ildə Əli bəy Hüseynzadə yazırdı: “Qafqaz türkləri türklərin ən hürriyyətpərvərləridir… Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır. Bu rolların ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir”.
Akademik İsa Həbibbəyli bu fikirlərin işığında “Azərbaycançılığın milli istiqlal ideyasının aparıcı qayəsi olduğunu” vurğulayır. Bununla bağlı akademik Hüseyn Baykaranın aşağıdakı fikilərinə istinad edir: “Qafqaz hadisələri onları (istiqlal mücahidlərini – İ.H.) özlərinin öncədən uzaq məqsəd olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı yoluna tez sürükləndirdi. Bu vaxtadək Azərbaycan istiqlalına nə rast gəlinmiş, nə də baş verən digər siyasi hadisə olmamışdır. Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapmışdır”.

Bu iqtibasları (sitatları, istinadları) bizim üçün konseptual əhəmiyyəti olan üç faktora görə veririk.

Birincisi, Azərbaycan tarixən türk coğrafiyası siyasi-ideoloji məkanında milli istiqlal ideyasının yaranması məkanı olmuşdur.

İkincisi, azərbaycançılıq milli istiqlal ideyasının aparıcı qayəsi olmuşdur.

Üçüncüsü, azərbaycançılıq tarixi xarakterlidir və müxtəlif dönəmlərdə zahirən fərqli təzahürləri olmuşdur. Lakin bütün hallarda onun ideya bünövrəsində iki dəyər mütləq surətdə yer almışdır – birincisi, türklük, ikincisi, vətənsevərlik, yurda bağlılıq, mədəniyyət, din və adət-ənənələrə sadiqlik.

Burada türklüyün təməl faktorlardan biri olması tam əsaslıdır. Onun başlıca səbəbi Azərbaycanın tarixən siyasi-coğrafi və mədəni məkanında türklərin aparıcı rol oynaması ilə əlaqəlidir. Eyni zamanda, bu təbii, tarixi, etnik-mədəni reallığın keçən əsrin əvvəllərində “türkçülük” ideoloji konsepti səviyyəsinə inkişaf etdirilməsi dönəmin xüsusiyyətləri ilə bağlıdır. Belə ki, ruhən Azərbaycan xalqının istiqlalçı olduğu mənbələrdə və müasir araşdırmalarda xüsusi vurğulanır. Milli azadlığı birinci sıraya qoyan bir xalq üçün hər tarixi dövrdə bu ideyanı ən səmərəli reallaşdıra biləcək ideoloji konseptual sistem gərəkdir. Azərbaycanlılar bunu hər dəfə bacarmışlar. “Türkçülük” də ideoloji sistem kimi bu müstəqil olmaq “enerjisinin” ideyada mükəmməl sinerjiyə çevrilməsini ifadə edir.

Bu məqamı bir qədər geniş izah edək.

XIX əsrin sonu – XX əsrin əvvəlləri

Vurğulanan dövrdə aktiv siyasi hadisələr parçalanmış Azərbaycanın əsasən Şimal hissəsində baş verirdi. Bu, Cənubun passiv olmaması anlamına qətiyyən gəlmir. Əksinə, ideya və ideoloji aspektlərində Azərbaycan bütöv idi – Arazın o tayı ilə bu tayı coğrafi olaraq ayrı idi, ideya, mənəviyyat, adət-ənənə, vətənsevərlik, azadlıq ruhu heç zaman bölünmədi. “Mən türkəm” düşüncəsi azərbaycanlıları bir an olsun tərk etmədi, edə də bilməzdi. Bu fikrin ən yaxşı ifadələrindən birini İranın indiki Prezidenti M.Pezeşkian işlətmişdir: “Biz türkük, onu başqa cür adlandırmaq olmaz, kimsə cəhd etsə, qəbul edilməz!”

Ancaq XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ən çox diqqət mərkəzində olan Bakının əhalisinin tərkibi başqa məqamlardan xəbər verirdi. Aparılan tədqiqatlarda göstərilir ki, Azərbaycan neft sənayesinin “qəlbi” olan Bakıda XIX əsrin ikinci yarısından başlayaraq demoqrafik aspektdə mürəkkəb bir vəziyyət yaranmışdı. Bunun kökündə həmin dövrdə Bakının neft zənginliyinə sahib olmağa can atan imperiyalar arasında gərgin geosiyasi mübarizə dayanırdı. O, bütün XVIII əsr boyu və XIX əsrin əvvəllərində Xəzər hövzəsi uğrunda Böyük Britaniya, Fransa, Rusiya, Osmanlı və Səfəvinin kəskin mübarizə aparması ilə xarakterizə olunurdu (bax: И.Алиев. Каспийская нефть Азербайджана. Москва, 2003, с. 33.).

Burada imperiyaların regiona nəzarət etməsində açar ölkə kimi Azərbaycanı gördükləri tarixi faktdır. Bu mübarizədə Rusiya imperiyasının Xəzərin qərb Azərbaycan hissəsi üzərində XIX əsrin ortalarında nəzarəti ələ keçirməsi, o cümlədən Bakının zəngin neft mənbələrinə yiyələnməsi sonrakı geosiyasi mənzərənin əsasını qoydu. Həmin bağlılıqda Rusiya imperiyası XIX əsrin 60-80-ci illərində Türküstanı zəbt etməsi ilə həm ekspansionist siyasətini genişləndirdi, həm də İngiltərənin mövqeyinə ciddi təhlükələr yaratdı.

1871-ci ilə qədər Bakıda neft çıxarılmasına Rusiya tərəfinin düzgün yanaşmaması əsasında inkişaf ləng getdi. Lakin 1872-ci ildən başlayaraq iri sərmayəçilər cəlb edildi və geniş miqyasda neft istehsalına başlanıldı. Bununla yeni sistem tətbiq olundu ki, Bakının neft bazarı açıldı və o, 1896-cı ildən 1917-ci ilə qədər xüsusi templə inkişaf etdi (И.Алиев. Каспийская нефть Азербайджана. Москва, 2003, с. 33).

Bu proses təbii ki, Bakının həyatının bütün sferalarına, o cümlədən demoqrafik dinamikasına təsir etməli idi. Belə də oldu. Dünyanın müxtəlif regionlarından minlərlə insan iş axtarışı üçün Bakıya can atdı. Onlar sırasında Cənubi Azərbaycandan olan on minlərlə kasıb müsəlman ailələri xüsusi yer tutdu. Neft istehsalının əsasən yadların əlində olduğu bir dönəmdə kasıb müsəlman ailələr min bir əziyyətlə, ailələrini dolandırmaq üçün məşəqqətli şəraitdə çalışmalı oldular.

Müəyyən istisnaları çıxmaqla öz ölkəsinin cənubundan şimalına köç etmiş insanlarımız güclü istismar şəraitində özlərinə həyat qurmağa çalışdılar. Bununla tərkibi əsasən türklərdən ibarət olan çoxlu sayda ailələr öz ölkəsində qul vəziyyətinə düşdülər. Əlbəttə, belə bir durum zaman-zaman müsəlmanların və ilk növbədə türklərin qəlbində müstəqil, azad olmaq arzusunu motivə etməli idi. XX əsrin ikinci onilliyində bu, Azərbaycan Demokratik Respublikasının timsalında gerçəkləşdi. Ancaq ideoloji sferada vəziyyət son dərəcə mürəkkəb idi.

Bakının demoqrafik tərkibi

Tarixi mənbələrdə yazılır ki, XIX əsrin sonlarında və XX əsrin ilk illərində aparılan siyahıyaalınmada Bakı və ətraf ərazilərdə 206,757 insan yaşamışdır (bax: Баку по переписи 22 октября 1903 года. Бакинское городское общественное управление (1905). Onlar 44 etnik mənsubluğu təmsil etmişlər.

İnsanlar Avropadan, Mərkəzi Asiyadan, Kiçik Asiyadan, Cənubi Azərbaycandan, ərəb ölkələrindən və başqa yerlərdən gəlmişlər. Əhali sırasında 11 milli mənsubluq üstünlük təşkil etmişdir. Onların hər birinin sayı 500 yüz nəfərdən çox olmuşdur. Ruslar – 74.254 nəfər, azərbaycanlılar (əslində türklər) – 53.827 nəfər, ermənilər – 34.259 nəfər, farslar – 18.572 nəfər, yəhudilər – 5.859 nəfər, almanlar – 5.025 nəfər, tatarlar – 4.157 nəfər, ləzgilər – 3.857 nəfər, gürcülər – 2.614 nəfər, polyaklar – 1.548 nəfər, yunanlar – 617 nəfər. Bunlardan başqa, isveçlilər, latışlar, slovaklar, fransızlar, litvalılar, ingilislər siyahıda qeydə alınmışlar (bax: И.Алиев, А.Мурадвердиев. Азербайджанская нефть в политике мира. Баку. 1997, c. 17-18).

Bu rəqəmləri ümumiləşdirsək, alarıq ki, XIX əsrin sonlarında Bakı və ətraf ərazilərdə ruslar 35%, azərbaycanlılar (türklər), 26%, ermənilər 16%, xristianlar yəhudilərlə birlikdə 60-61% (deməli, müsəlmanlar bütövlükdə 40%-ə qədər) təşkil etmişlər. Bir sıra Qərb mənbələrində hətta həmin dönəmdə xristianların Bakı əhalisinin 75 %-ni təşkil etdiyini yazırlar. Bunlardan başqa, Avropadan, Mərkəzi Asiyadan, Kiçik Asiyadan, Cənubi Azərbaycandan və ərəb ölkələrindən miqrasiya edənlər olmuşlar.

1926-cı ildə SSRİ-də aparılan siyahıyaalınmaya görə, Bakının milli tərkibi azərbaycanlıların lehinə elə də dəyişməmişdir. Belə ki, 1926-cı ildə Bakıda 453,3 min əhali yaşamışdır ki, onun 159,491-i ruslar¸ 118,737-i türklər, 75,656-ı ermənilər, 19,589-u yəhudilər və sonrakı yerlərdə digər etnik mənsubluqlar təşkil etmişlər (bax: Демоскоп, 1926).

1903-cü il göstəriciləri ilə müqayisədə görürük ki, 23 il ərzində ruslar, azərbaycanlılar (türklər) və ermənilər 2 dəfədən çox artmışlar. Yəhudilərdə isə 3 dəfədən çox artım olmuşdur. Bununla yanaşı, Bakının polietnik mənzərəsi tam olaraq saxlanmışdır.

Belə bir demoqrafik müxtəliflikdə Azərbaycan cəmiyyətini hansı ideya birləşdirə bilərdi? Müstəqilliyini (istiqlalını) bütün dəyərlərdən üstün tutan cəmiyyəti, təbii ki, həmin ideyanı, ruhu, amalı və məqsədi tarixən daşıyan, buranı özünə doğma Vətən hesab edən və ən çox zülmə məruz qalan qövm birləşdirə bilərdi.

Bizim XX əsrin əvvəllərində aparıcı rol oynayan ziyalılarımız, ideya sahiblərimiz bu vəzifənin öhdəsindən məharətlə gəldilər. Onlar türklərin aparıcılığı ilə cəmiyyəti birləşdirə biləcək 3 istiqamətin – türkçülüyün, islamın və müasirliyin vəhdətini seçdilər. Həmin dövr Azərbaycan üçün türklük real müstəqillik arzulayan və uğrunda savaşanların “mənəvi-ideya” kimliyini ifadə edirdi.

Yuxarıdakı demoqrafik tərkibdən və neftə olan münasibətdən də görünür ki, istiqlalın əsas daşıyıcı azərbaycanlılar, yəni Azərbaycan türkləri ola bilərdilər. Bu mənada “türkçülük” etnik-mədəni mənsubluqdan çox istiqlala can atan qövmü ifadə edir. Türkçü olmaq kimlərisə zorən türk etmək demək deyildir – Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan qövmün ümumi ismidir.

Həmin dönəmdə əhali yalnız türkçülük ətrafında birləşib doğma Vətənin müstəqilliyi uğrunda savaşa bilərdi. Bu vəzifəni nə ruslar, nə farslar, nə ermənilər, nə yəhudilər, nə də Azərbaycana həmişə istismar məkanı kimi baxan qərblilər (avropalılar) üzərlərinə götürə bilərdilər. M.Rəsulzadə, Ə.Ağayev, Ə.Topçubaşov və yüzlərlə Azərbaycan (türk) vətənsevərləri istiqlal ideyasının dayışıcıları kimi türklükdən azadlıq uğrunda mücadilə aparmaq zərurəti, birləşmək, hər bir zülmə qarşı savaşmaq adı ilə istifadə etmişlər. Təsadüfi deyildir ki, M.Rəsulzadə dörd dəfə “Azərbaycan” deyərək gözlərini əbədi yummuşdur!

Deməli, türkçülük, əslində, dövrün tələbinə uyğun azərbaycançılığın konkret ifadəsi, onun rəmzidir. Bunu Azərbaycanın sonrakı tarixi də göstərdi – bu məmləkətdə heç bir insan “türkə çevrilmə” siyasətinin hədəfi olmadı, indi də deyildir. Əksinə, bir sıra hallarda digərləri türklərdən öz etnik mənsubluqlarını inkar etmək kimi absurd və gülünc tələblərdə bulunmağa cəhdlər etdi. İndi də bir sıra çox kiçik qruplar bu cür mənasız və nəticəsiz xülyaya qapılırlar. Onların ən yaxşı cavabını Azərbaycan cəmiyyətinin üzvləri birlik və vahidlikləri ilə verirlər. Bu birliyin siyasi anlamını isə ulu öndər Heydər Əliyev (“Mən fəxr edirəm ki, azərbaycanlıyam” və “Bir millət, iki dövlət”) və Prezident İlham Əliyev çox dəqiq və dolğun ifadə etmişlər (“bizim ailəmiz türk ailəsidir, başqa ailəmiz yoxdur”).

Deməli, azərbaycançılıq bu qövmün ekzistensial mövcudluğunun mərkəzi faktoru, varolma ideyasının təməl şərtidir. Bu gerçəklik müasir tarixi mərhələdə Azərbaycançılığı və onun başlıca prinsiplərini müəyyən etməyi azərbaycanlı intellektinin tarixi vəzifələrindən biri halına gətirir. Səbəbi onunla bağlıdır ki, biz cəmiyyət olaraq azərbaycanlılığı, azərbaycançılığı və bu əsasda azərbaycanşünaslığı dövrün yüksək tələblərinə uyğun konseptuallaşdırmalı, onu cəmiyyətin ictimai şüurunun dayanıqlı faktına çevirməli, yaddaşlarda elmi obrazını yaratmalıyıq ki, qarşıda duran ən çətin sınaqlardan bütöv, birlikdə və dayanıqlı inkişaf nümunəsi ilə çıxaq.

Yəni azərbaycançılıq və onun prinsiplərinin konseptuallaşdırılması, fəlsəfi, tarixi, elmi, siyasi-ideoloji “ölçülməsi” seçim deyildir - zərurətdir. Akademik İsa Həbibbəylinin həmin istiqamətdə apardığı tədqiqatlara vurğulanan tezislərin işığında baxmaq çox faydalıdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see255

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see236

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see232

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see229

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see226

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see226

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see218

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see216

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see213

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see198

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see198

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see197

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see194

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see191

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see189

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see184

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see177

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri