Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu Həbs edildi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Paytaxtın Suraxanı rayonu ərazisində - Heydər Əliyev prospektinin “Buta Palace”ın qarşısından keçən hissəsində baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə sürücü 1999-cu il təvəllüdlü Fərid Məmmədova (soyadlar şərtidir) hökm oxunub.
Araşdırmalarla məlum olub ki, hadisə günü Fərid dostu Kənan və onun nişanlısı Türkanı Binə qəsəbəsinə aparıb. Onlar geri qayıdarkən Fəridin idarə etdiyi “Kia Forte” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə, 18 yaşlı Türkan aldığı xəsarətlərdən həlak olub.
Məhkəmədə mərhumun anası Fəriddən şikayətçi olduğunu bildirib. O, dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb edib.
Məhkəmənin hökmü ilə Fərid 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Məhkəmə mərhumun anasına 20 min manat təzminatın təqsirləndirilən şəxsdən tutularaq ödənilməsi ilə bağlı da qərar qəbul edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 11 Noyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















