Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Azərbaycançılıq ideyasının təbliği

Azərbaycançılıq ideyasının təbliği

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər bir xalqın mütləq çoxluğunun mənafeyini ifadə edən milli ideologiya həmin xalqın tarixi inkişaf yolundan xəbər verir. Xalqların vahid məram və məqsədlər ətrafında sıx birləşməsi ilk növbədə milli ideologiyanın dəqiq müəyyən edilməsindən çox asılıdır. Çünki, düzgün ideologiyanın müəyyən edilməsi həm də xalqların və dövlətlərin gələcək inkişaf perspektlərinin təməlini təşkil edir. Dövlətin vahid ideologiyası vətəndaşların təbii maraqları ilə üst-üstə düşdükdə isə dövlət-vətəndaş münasibətləri sarsılmaz olur. Belə bir ideologiyanın ərsəyə gətirilməsi təbii ki, uzaqgörən, dahi siyasətçilərin fədakarlığı nəticəsində mümkün olur.

Ümummilli lider  Heydər Əliyev də 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra dövlətin müstəqilliyi və gələcək inkişafını təmin etmək məqsədilə  Azərbaycan cəmiyyətinin möhkəmlənməsinin ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Çünki, azərbaycançılıq ideologiyası ümummilli lider Heydər Əliyevin çağırışı ilə bütün dünya azərbaycanlılarının milli birlik platformasına çevrilib.

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin 50 illik yubileyində ilə əlaqədar rəsmi dövlət tədbirində Azərbaycan dilində çıxış etməsi ilə Azərbaycan dilinin yeni inkişaf dövrü başladı.

"Çox təəssüf ki, XX əsrin əvvəllərində Azərbaycan müstəqilliyini qazansa da, bu cəmi 23 ay davam etdi. Daha sonra SSRİ tərkibində Azərbaycan öz mövcudluğunu davam etdirdi və məhz həmin dövrdə Azərbaycançılıq məfkurəsi daha da inkişaf etdi. Ancaq bütün bunlara baxmayaraq, biz Azərbaycan dilini çətinliklə də olsa qoruyub saxlaya bildik. Xüsusilə də 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin 50 illik yubileyində ilə əlaqədar rəsmi dövlət tədbirində Azərbaycan dilində çıxış etməsi ilə Azərbaycan dilinin yeni inkişaf dövrü başladı. Bu, Azərbaycan dilinin inkişaf etdirilməsi, qorunub saxlanması və azərbaycançılıq ideologiyasının yeni mərhələsi demək idi.

Məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə milli ruhu yaşadan, milli məfkurənin mövcudluğunu davam etdirən şairlərimiz, yazıçılarımız, xalq rəssamlarımız və digər yaradıcı insanlar, sovetlər tərəfindən təqib edilsələr də, qorunub saxlanıldı. Bu, sanki müstəqillik dövrünə bir hazırlıq prosesi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə bu proses daha da gücləndi. Müstəqilliyimiz bərpa edildikdən sonra isə Azərbaycançılıq ideyasının qorunub saxlanması ilə bağlı müxtəlif yanaşmalar ortaya çıxdı. Hətta Azərbaycan dilinin Türk dili ilə əvəzlənməsi ideyası da irəli sürüldü, lakin Heydər Əliyev bu fikrin əleyhinə çıxdı. Beləliklə, Azərbaycan dili öz adını qorudu və Azərbaycan ideologiyası müstəqillik dövründə tam azad şəkildə inkişaf etdirildi.

Azərbaycançılıq ideyasının əsas qayəsi və məğzi Azərbaycan dövlətinin müstəqilliyinin qorunması, suverenliyin bərpasına yönəlmişdi. Eyni zamanda, Azərbaycan dilində danışan və bu dili anlayan bütün xalqların bir olması, birlikdə dövlətin qorunub saxlanmasına xidmət etməkdən ibarət idi. Şükürlər olsun ki, müstəqilliyimizin bərpasından sonra formalaşan yeni diaspora, xaricdə yaşayan azərbaycanlılar da dövlətimizin dəstəyi ilə bu ideyaya xidmət etməyə başladı. Uzun illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə məşğul olmaqla yanaşı, II Qarabağ müharibəsində zəfər çaldıqdan sonra bu zəfərin ədalətli və ləyaqətli olması, bizə verdiyi imkanların dünya ictimaiyyətinə çatdırılması istiqamətində təbliğat işləri aparıldı.

Xüsusilə də Şurada diaspora nümayəndələri ilə keçirilən zəfər toplantısından sonra diasporamız qarşısında yeni çağırışlar meydana çıxdı. Dünyanın müxtəlif yerlərində Azərbaycanı təbliğ edən azərbaycanlılar və diaspora nümayəndələri yeni yaranmış reallıqlardan çıxış edərək Azərbaycanın daha da güclənməsi və dövlətimizə dəstək olmaq üçün çalışırlar. Bu, onu deməyə əsas verir ki, biz yalnız döyüş meydanında erməni terrorçularına və separatçılarına qalib gəlməmişik. Eyni zamanda, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən erməni lobbisini də məğlub etmişik.

Bu gün biz həm informasiya mübarizəsi aparırıq, həm də bizə qarşı yönəlmiş məkrli əllərin kəsilməsi, təzyiqlərin və qərəzlərin qarşısının alınması üçün mübarizə aparırıq. Bu mübarizədə yalnız dövlətimiz deyil, dünyanın hər bir yerində yaşayan və özünü azərbaycanlı hesab edən hər bir şəxs birlikdə çalışmalıdır. Birliyimizi və bərabərliyimizi sonuna qədər qorumalıyıq ki, həmişə güclü olaq. Nə qədər ki, Azərbaycan var, Azərbaycan dili də yaşayacaqdır. Bu baxımdan, dilimizi və dövlətimizi yaşatmaq üçün birliyimizi qorumalıyıq.

Mən inanıram ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında biz zəfərdən zəfərə gedəcəyik. Xüsusilə də Türk Dövlətləri Təşkilatının güclənməsi və bu təşkilatda Azərbaycanın oynadığı körpü rolu onu deməyə əsas verir ki, Azərbaycançılıq ideyası daim yaşayacaqdır. Biz azərbaycanlılar, Azərbaycan türkləri olaraq, həm Azərbaycanın var olması, həm də Türk dövlətlərinin birliyi üçün əlimizdən gələni edəcəyik".

Sara Məmmədli

6.3.9. azərbaycançılıq ideyasının təbliği;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 31 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see366

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see266

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see227

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see196

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see187

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see179

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see177

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see176

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see170

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see169

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see169

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see167

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see163

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see159

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see159

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see155

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see155

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see148

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri