Azərbaycanda 1500 məktəb bağlanır? Nazirdən CAVAB
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda 4400 məktəbdən 1550-ü bağlanır.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Lakin bu iddia təsdiqini tapmayıb. Belə ki, elm və təhsil naziri Emin Əmrullayev özünün rəsmi sosial şəbəkə hesabı ilə həmin iddianı paylaşan səhifəyə cavab verib. Nazir cavabında bu məlumatın doğru olmadığını bildirib:
"Bu doğru məlumat deyil, bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu əvvəllər də qeyd etdiyim "eşitdiyini və ya oxuduğunu doğru anlamamaq" problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək".
Baxış sayı:92
Bu xəbər 27 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















